Jurnalist Əfqan Sadıqov azad edilib

'Mən mövqeyimdən geri çəkilməyəcəm''

Jurnalist Əfqan Sadıqov mayın 22-də azad edilib.

Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova məlumat yayıb.

Əfqan Sadıqov ona dəstək olanlara təşəkkür edib:

“Mənə inam verən həmin dəstək verənlərdir. Mən mövqeyimdən geri çəkilməyəcəm, İlham Əliyev hakimiyyətdə qalınca, vəziyyət dəyişməyəcək. Bəzən deyirlər ki, prezidentin ölkədən xəbəri yoxdur. Bu yalandır. 86 faiz səs toplayan prezident ölkədən necə xəbərsiz ola bilər?!”

Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı ilin noyabrın 22-də saxlanıb. O CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunuraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan jurnalistin cəzası 1 il azaldıldı. 

meydan.tv