General-mayor Məhəmməd Baqiri çərşənbə axşamı Rusiyanın Müdafiə naziri Andrey Belousov, İraq Ordusunun Baş Qərargah rəisi general Yarallah və Suriya Ordusunun Baş Qərargah rəisi general Əbdül Kərimlə ayrı-ayrılıqda telefon danışığında təkfirçi terrorçuların Suriyadakı bölgələrə hücumu ilə bağlı son hadisələri müzakirə edib.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi təkfirçi terror qruplarının Suriyaya hücumunun region üçün təhlükəli ssenarinin ilk addımı olduğunu vurğulayaraq deyib: “Bu hücumun sionist rejimin Livanla həssas atəşkəsi ilə üst-üstə düşməsi Suriyanı, onun müttəfiqlərini və müqavimət oxunu zəiflətmək üçün koordinasiyalı Amerika-sionist sui-qəsdinə dəlalət edir.”
Tərəflər Suriyanın qanuni hökumətinə qəti dəstək verməklə bağlı yekdil fikirlərini bildiriblər və Suriya Ordusuna dəstək üçün lazımi tədbirlərin görülməsinə qərar veriblər.
Sonda general-mayor Baqiri ilə Rusiya, İraq və Suriya ordularının yüksək rütbəli rəsmiləri Suriyanın qonşu ölkələrini təkfirçi terrorçulara dəstəyin qarşısını almaq üçün lazımi tədbirlər görməyə çağırıblar.
İran, Rusiya və İraqın hərbi rəsmiləri terrorçularla mübarizədə Suriya Ordusuna dəstəyi vurğulayıblar
İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Rusiyanın Müdafiə naziri, İraq və Suriya ordularının baş qərargah rəisləri ilə telefon danışığında deyib: “Təkfirçi terrorçuların Livanda atəşkəslə eyni vaxtda Suriyaya hücumu Suriya və onun müttəfiqlərini və müqavimət oxunu zəiflətmək üçün Amerika-sionist planıdır.”