Dünyanın ən nüfuzlu informasiya agentliklərindən olan Reuters Gəncə hadisələri ilə bağlı geniş və maraqlı məqalə dərc edib. Məqaləni qısa ixtisarla təqdim edirik:
Neft istehsal edən və sərt idarəçilik altında olan Azərbaycanın ikinci şəhəri Gəncədə icra başçısına qarşı baş verən sui-qəsd cəhdi və etiraz hakim elitaya xəbərdarlıqdır.
Polis 3 iyulda ölkənin şimla-qərbində yerləşən Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə İcra Hakimiyyətinin binası qarşısında atəş açaraq, onu yaralayan yerli bir şəxsi həbs etdi. Daxili İşlər Nazirliyi şübhəli Yunis Səfərovun Suriyada təlim keçmiş və Azərbaycanda İslam dövləti qurmaq istəyən hərbi qruplaşma üzvü olduğunu açıqladı. Lakin məlumatlar üçün heç bir mənbə göstərilmədi.
Bəzi Gəncə sakinləri bu açıqlamanı qəbul etmirlər. Onların versiyasına görə, Səfərov qisas alıb, çünki o, Vəliyevin sakinləri və onların dini baxışlarını təhqir etdiyini görüb.
Səfərovun həbs olunduqdan sonra işgəncə görməsi xəbərləri 10 iyulda etirazlara səbəb oldu və bu etirazlarda iki polis məmuru bıçaqlanaraq öldürüldü, polis Samir Bayramov isə yaralandı.
Azərbaycan əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi 10 milyonluq xalqdır. 1991-ci ildə Sovetlər Birliyindən müstəqil olduqdan sonra neft və qazla varlanan bir ölkə kimi böyüyüb. Burada etirazlar az-az baş verir və baş verdikdə tez yatızdırılır.
Neft pulları Bakını yaxşılaşdırsa da, İlham Əliyevə müxalif olanlar bu pulların yalnız kiçik bir təbəqəni varlandırdığını və hakimiyyətin bu pullardan istifadə edərək, ölkədə insan haqları və demokratiyanı boğduğunu bildirirlər.
Əliyevə paralel olaraq 57 yaşlı Vəliyevin Gəncə ilə feodal mülkiyyəti kimi davrandığı, şəhərin yoxsul vəziyyətinə heç bir məhəl qoymadığı və yolunda duran hər kəslə kobud davrandığı bildirilir.
Müxalifətdəki Müsavat partiyasının 74 yaşlı üzvü Cahangir Əmirxanlı Gəncədə “Reuters”ə açıqlamasında “Vəliyev də Əliyev kimi davranırdı” deyib.
Gəncənin yerli idarəetmə orqanları “Reuters”in suallarına cavabında bildiriblər ki, Veliyevin tənqidi “əsassız və qərəzlidir”. Amma şəhərdə baş verən hadisələr onu göstərir ki, iqtisadiyyatı əsasən enerji sektorundan asılı olan Azərbaycanın rəhbərliyi iqtidarını qorumaq üçün çox səy göstərməlidir.
Əliyev narahatlığını Gəncədə baş verən hadisənin təhqiqatını öz nəzarətinə götürməklə bildirdi. O bu hadisəni “Azərbaycan dövlətçiliyinə və cəmiyyətinə yönəldilmiş terror aktı” kimi qiymətləndirib.
Sakinlərin dediklərinə əsasən, şəhər rəhbərliyinin gərginliyini etirazlar haqda xəbərlərin yayılmasının qarşısını almağa çalışmalarından da hiss etmək mümkün olurdu. Gəncədə mobil cihazların internet xidməti və sosial şəbəkələrə giriş məhdudlaşdırılıb. Facebook-da yayılan məlumatları xəbər kimi istifadə edən 4 müstəqil saytın redaktorlarına qarşı prokurorluq cinayət işi açıb…
330 min əhalisi olan Gəncəni hakim partiyanın üzvü Elmar Vəliyev 7 il idi ki, idarə edirdi. Onu vəzifəyə İlham Əliyev təyin etmişdi.
Polis sui-qəsd cəhdindən və etirazlardan sonra “radikal dini təşkilatlarla əlaqəsi olan” dörd nəfərin öldürüldüyünü bildirir. Bundan başqa 61 şəxs həbs olunub və 13 şəxs axtarışdadır.
“Reuters”ə danışmağa razılaşan 11 Gəncə sakininin səkkizi sui-qəsd cəhdini radikal islamçı qruplaşmanın təşkil etdiyinə inanmadığını bildirdi və bu cəhdi Elmar Vəliyevin sevilmədiyi ilə əlaqələndirdi. Əmirxanlıdan başqa digər müsahiblər represiyyalara məruz qalmamaq üçün kimliklərini bildirməkdən imtina etdilər, baxmayaraq ki, Azərbaycan rəsmiləri müxaliflərə qarşı təzyiq və qorxutmaq haqqında Qərbin ittihamlarını inkar edirlər. Parkda əyləşən yaşlı təqaüdçülərdən biri ətrafına baxıb heç kimin onu eşitmədiyindən əmin olduqdan sonra aşağı səslə “Biz şok olduq ki, kimsə əlinə silah almağa cəsarət edi və icra başçısını vurdu” dedi. Əlavə olaraq “Düzün desək, heç kim Vəliyev haqda narahatlıq keçirmir, Vəliyev çox pis şeylər etdi şəhərdə… Varlılar daha varlı oldu, kasıblar daha da kasıbladı” dedi…
Çıxarılmalı olan dərslər
Gəncədə bəzi köhnə yollar və binalar təmir edildi, alış-veriş mərkəzləri inşa edildi və 4 ulduzlu Ramada oteli tikildi. Şəhərin mərkəzində 1993-2003-cü illər arası prezident olmuş Heydər Əliyevin adını daşıyan nəhəng bir park yerləşir.
Amma Əmirxanlı deyir ki, “Gəncə şəhərində gənclər arasında işsizlik dərəcəsi yüksəkdir və onların əksəriyyəti iş üçün Türkiyə və Rusiyaya köç edir”.
Adını vermək istəməyən 84 yaşlı digər təqaüdçü isə şəhər rəhbərliyi tərəfindən aldadıldığını və abadlıq işləri adı ilə evinin əlindən alındığını bildirdi.
Şəhər rəhbərliyi, onun və digərlərinin müvəqqəti yerləşdirilməsi üçün vəsait ödəməyə söz verdi və indi isə bildirirlər ki, mənzil verilməsi üçün binaları sökən və yerində bina tikəcək tikinti şirkəti ilə danışıqlar aparırlar, deyə o bildirdi.
Təqaüdçü dedi ki, o, mülkiyyəti ilə bağlı müraciət etmək üçün Veliyevlə görüşməyə müvəffəq olub, amma icra başçısı “çox kobud idi”.
İcra başçısı, təqaüdçünün müraciətinə birbaşa cavab verməyib, ancaq “Elmar Vəliyevin vətəndaşlara qarşı qeyri-qanuni mövqeyə malik olmadığına dair heç bir sübuta malik olmadığını” söyləyib.
Əliyevin dəstəkçiləri deyir ki, o, Azərbaycana sabitlik gətirmiş, ölkəni modernləşdirmiş və 2003-cü ildə atasının sonra Avropa ilə daha yaxın əlaqələr qurmuşdur.
O, apreldə ardıcıl olaraq dördüncü dəfə seçildi, səslərin yüzdə 85 faizini aşdı, ancaq ana müxalifət tərəfindən seçki boykot edildi və seçkinin qanuna uyğun keçirildiyi müstəqil müşahidəçilər tərəfindən sual altına alındı.
Son illərdə ictimai qəzəbin artdığını görmək mümkündür. 2011-ci ildə Əliyevin istefasını tələb edən mitinqlər kütləvi həbslərlə sona çatdı.
2016-cı ildə çörəyin qiymətinin artması və neft qiymətlərinin düşməsi ilə kəskinləşən manatın devalvasiyası nəticəsində ən azı 3 şəhərdə- Quba, Siyəzən və Şabranda etirazlar keçirildi. Sakinlərin dediklərinə əsasən polis onlara həbslərlə cavab verib.
Gəncədəki etirazlar da buna daxildir.
Müstəqil siyasi ekspert İlqar Vəlizadə “Ölkədə hakim təbəqə ilə rəqabət aparacaq, siyasi müxalifət yoxdur” deyə bildirdi. “Lakin hakimiyyət son hadisələrdən bəzi dərslər çıxarmalı, kadr siyasətini yenidən nəzərdən keçirərək sosial problemlərə daha çox diqqət yetirməlidir və insanlarla daha çox ünsiyyət qurmalıdır”.
Hər hansı bir iqtisadi böhranın təsirini azaltmaq üçün 38 milyard dollarlıq müstəqil fondu yaradılmışdır. Xarici donorlar isə rəsmi Bakını, 75 faizini neft və qazdan gələn gəlirlərin təşkil etdiyi iqtisadiyyatı diversifikasiya etməyə çağırıblar.
Bunun edildiyinin göstəriciləri isə çox aşağıdır. 2016-cı ildəki 3,8 , 2017-ci ildəki 0,1 , faizlik daralmadan sonra bu il yalnız 2 faizlik iqtisadi böyümə gözlənilir.
Vəlizadə status kvonun Qərbə “ regiondakı qlobal enerji layihələrinin həyata keçirilməsi” üçün uyğun olduğunu söylədi.
Avropa Birliyi Rusiya qazından qismən asılılığı azaltmaq üçün Cənub Qaz Dəhlizinin tamamlanmasını gözləyir. Hansı ki, 2020-ci ildən etibarən 16 milyard kubmetr qazın Azərbaycan Şah Dəniz yatağından çıxarılaraq Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılacağı gözlənilir.
azadliq.info
Reuters: Gəncə hadisələri Azərbaycan rəhbərliyinə xəbərdarlıqdır

Oxşar xəbərlər