İyulun 3-də Gəncənin icra başçısı Elmar Vəliyevin güllələnməsindən sonra keçən ay yarım ərzində polis və təhlükəsizlik xidməti orqanları bu olaylarla bağlı keçirdikləri əməliyyatlarda beş nəfəri öldürüblər. Hər dəfə də iddia edirlər ki, tutmaq istədikləri adam onlara silahlı müqavimət göstərib, ona görə də həmin şəxsi öldürüblər. Öldürülənlərin dördüncüsü Sərxani Ağa Hüseyn oğlu idi. O, avqustun 24-də öldürülüb.
Sərxani Ağanın ölümü daha çox prokurorluğun yaydığı foto ilə yadda qaldı. Həmin fotoda şəxs yerdə uzanmış vəziyyətdə, əlində də silah görüntülənmişdi. Bu foto ətrafında gedən müzakirələrdə silahın güllələndikdən sonra onun əlinə verilib, belə bir vəziyyətdə şəklinin çəkildiyi haqda fikirlər səslənirdi.
Prokurorluğun iddiasına görə, Sərxani Ağa Hüseyn oğlu 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib. O, Elmar Vəliyevə qarşı sui-qəsdin təşkilində iştirakda ittiham olunur.
“Azadliq.info”ya daxil olan məlumata görə, Sərxani Ağa öldürüldükdən sonra on beş günə yaxın müddətdə onun meyiti yaxınlarına verilməyib. Meyitin verilib-verilmədiyini, onun dəfn edilib-edilmədiyini dəqiqləşdirmək üçün bir neçə gündür ailə üzvlərilə əlaqə saxlamağa çalışsaq da, onlar telefonlara cavab vermirlər. Belə olan halda indi onun ailəsinin də taleyi narahatçılıq doğurur. Eyni zamanda onun dəfni ilə bağlı da suallar açıq qalır.
Hətta bugünlərdə o, dəfn olunubsa belə, yenə sual meydana çıxır ki, görəsən. Hüquq-mühafizə orqanları öldürdükləri adamın meyitini on beş gün niyə saxlayırlar?
Gəncə hadisələrinə görə öldürülən şəxsin meyiti niyə yaxınlarına verilməyib?

Oxşar xəbərlər