Mingəçevirə yeni icra başçısı təyin olundu

Dekabrın 17-də prezident İlham Əliyev sərəncam imzalayaraq İlham İsmayılovu Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edib.
 
AZƏRTAC-ın məlumatına görə, İlham Mehdixan oğlu İsmayılov bu təyinata qədər Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olub.
 
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı postu bu il avqustun 28-dən – Niyazi Bayramov Gəncəyə icra başçısı göndəriləndən boş idi.