Maduroya sui-qəsddən sonra Ərdoğanın mühafizəsinə raketdən müdafiə sistemi əlavə olunub - Foto

Venesuela prezidenti Nikolas Maduroya sui-qəsddən sonra Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın mühafizəsinə raketdən müdafiə sistemi əlavə olunub. FaktXeber.com-un məlumatına görə, TC dövlət başçısının İstanbulda inşaatı bitmək üzrə olan Camlıca məscidinin ziyarəti zamanı ətrafda olan mühafizəçilərin əlində Daşınabilən Zenit Raket Kompleksi FIM-92 Stinger görünüb.