Daha bir AXCP üzvü aclığa başlayıb

Bu gün Vəkil Fəxrəddin Mehdiyev Bakı İstintaq Təcridxanasında Şirvan şəhərində baş vermiş qalmaqala görə saxlanılan AXCP üzvü Mehman Əliyevlə görüşüb.
Mehman Əliyev saxlanılan zaman işgəncəyə məruz qaldığını bildirib. Bununla əlaqədar vəkil şikayət edəcək.
Eyni zamanda Mehman Əliyev iyinun 1-dən aclıq aksiyasına başladığını deyib. Həbsxana rəhbərliyi isə aclıqla bağlı onlara rəsmi məlumat daxil olmadığını bildirib.
Mehman Əliyev onun ailəsi ilə görüşə və telefon zənglərinə qadağa qoyulması barədə də vəkilə bildirib. Bununla bağlı vəkilin sorğusuna da təcridxana rəhbərliyi cavab verib: "Ailə üzvləri ilə görüşə qadağa qoyulması barədə işi aparan müstəntiqin qərarı var, amma telefon danışıqlarına qadağa yoxdur, qanuna müvafiq olaraq təyin olunmuş zaman qrafiklərində ailəsi ilə əlaqə saxlayacaq,- deyə təcridxanadan bildiriblər.