03 September 2025

Gürcüstanlı din xadimləri Ankarada Əli Erbaş ilə görüşüb

Gürcüstanlı din xadimləri Ankarada Türkiyə Diyanət İşləri İdarəsinin sədri, prof. Əli Erbaş ilə görüşüb.

Ankarada keçiriləcək Həzrət Məhəmmədin (s) mövludunun 1500 illiyi münasibətilə tədbirə dəvət alan Gürcüstanın tanınmış din xadimləri Türkiyə Diyanət İşləri İdarəsinin hazırki sədri Əli Erbaş ilə görüşüblər.

"Qarabağ" Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Azərbaycan təmsilçisinin açıqladığı siyahıda 24 futbolçu yer alıb.

Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 97. Fabiyan Buntiç

Müdafiəçilər: 2. Mateus Silva, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 18. Dani Bolt, 81. Kevin Medina, 3. Sami Mmaee, 13. Bəhlul Mustafazadə

Bu gündən Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyi bağlanır

Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Hökumətinin qərarına əsasən, 3 sentyabr 2025-ci il tarixində ölkədəki nümayəndəliyini bağlayır.

BQXK öz mandatına və ölkənin Cenevrə Konvensiyaları üzrə öhdəliklərinə uyğun olaraq beynəlxalq humanitar hüququn himayə etdiyi şəxslərə dəstək göstərmək üçün Azərbaycanın hakimiyyət orqanları ilə qarşılıqlı əlaqədə olmağa davam edəcək.

İraq Təhlükəsizlik Agentliyi İŞİD-in əsas maliyyə şəbəkəsini ələ keçirib

İraq Təhlükəsizlik Agentliyi İŞİD-in əsas maliyyə şəbəkəsini ələ keçirib

İraq Milli Kəşfiyyat Təşkilatı bazar ertəsi yaydığı bəyanatda İŞİD-in əsas maliyyə şəbəkəsinin ələ keçirildiyini açıqlayıb.

“İntensiv səylər, fövqəladə sərhədyanı müşahidə və İraq Ali Məhkəmə Şurasının nəzarəti nəticəsində İraq kəşfiyyatı İŞİD-in bir neçə ölkədən təkfirçi terrorçuların qaçaqmalçılığından məsul olan əsas maliyyələşdirmə şəbəkəsini ələ keçirib.”

İl konqresi ləğv edildi: CHP İstanbul İl İcraiyyə Komitəsi vəzifəsindən azad edildi

CHP-nin qurultayı ilə bağlı işə sentyabrın 15-də baxılmalı idi. İstanbul əyalət konqresinin ləğvi barədə qərar konqreslə bağlı məhkəmə iddiasından günlər əvvəl verilib.

Cümhuriyyət Xalq Partiyasının (CHP) iki il əvvəl İstanbulda keçirilən qurultayı məhkəmə qərarı ilə ləğv edilib. CHP İstanbul İl sədri Özgür Çelik və hazırkı idarə heyətinin istefaya göndərilməsinə qərar verilib.