Belçikanın Gent şəhərində Flandriya festivalında Münhen Filarmoniyası Orkestrinin konserti ləğv olunub. Konsertə israilli Lahav Şani dirijorluq edəcəkdi. Almaniyanın mədəniyyət naziri konsertin ləğvini "Avropa üçün biabırçılıq" adlandırıb.
AFP yazır ki, orkestrin çıxışı sentyabrın 18-nə təyin olunmuşdu.
Festival təşkilatçılarının izahı belə olub ki, İsrail hökumətinin siyasətinə dair Şanidən "yetərincə aydın" mövqe ala bilməyiblər. Onlar Şaninin dəfələrlə sülh və barışığa dəstək ifadə etdiyini deyiblər. Amma əlavə ediblər ki, Qəzza sektorundakı indiki vəziyyət "emosional reaksiyalar" doğurur və onların məqsədi festivalda sakit mühitin qorunmasıdır.
Belçikanın xarici işlər naziri Maksim Prevo özünü festival təşkilatçılarının qərarından kənar tutaraq bu addımı "aşırı" adlandırıb. O qeyd edib ki, yəhudi icmasını və İsrail vətəndaşlarını İsrailin baş naziri Benyamin Netanyahunun siyasəti ilə qarışdırmaq olmaz.
L.Şani 2026-2027-ci illər mövsümündə Münhen Filarmoniya Orkestrinin baş dirijoru vəzifəsini tutacaq. Hazırda o, İsrail Filarmoniya Orkestrinin musiqi direktorudur.
Bundan öncə Münhen Filarmoniyasının Orkestrinə 7 il müddətində rusiyalı dirijor Valeri Qerqiyev rəhbərlik edib. O, Rusiya Ukraynaya qarşı hərbi təcavüzünü dəstəklədiyinə görə müharibənin başlanmasından az sonra vəzifəsindən azad olunub.
Almaniya İsrailin ən yaxın müttəfiqlərindən biri sayılır. Amma son vaxtlar Berlin İsrailin Qəzza zolağında hərbi əməliyyatlarını getdikcə daha sərt tənqid edir.
2023-cü il oktyabrın 7-də ABŞ və Aİ-nin terrorçu təşkilat saydığı HƏMAS İsrailin cənubuna hücum edib, təxminən 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 60 mindən çox insanın öldürüldüyü bildirilir. HƏMAS-ın nəzarətində olan ərazinin səhiyyə nazirliyinin məlumatına görə, indiyədək 200-ə yaxın şəxs aclıqdan həyatını itirib və onların arasında uşaqlar çoxluq təşkil edir.
Belçika israilli dirijorun orkestrinin konsertini ləğv edib