Hollandiya İsrailin işğal etdiyi Fələstin ərazilərindən idxalı "mümkün qədər tez" qadağan etməyə hazırlaşır.
Hollandiyanın müvəqqəti hökumətinin yeni xarici işlər naziri David van Weel Nümayəndələr Palatasının sessiyasında işğal olunmuş ərazilərdən məhsulların milli idxalına qadağanın ən qısa zamanda həyata keçiriləcəyini bəyan edib.
Van Uil bildirib ki, parlamentdəki əksəriyyətin tələb etdiyi “işğal olunmuş Fələstin əraziləri ilə ticarəti qadağan edən qanun”un qüvvəyə minməsi uzun zaman alacaq.
Van Uil, idxal qadağasının mövcud sanksiya qanunvericiliyi ilə ən sürətli şəkildə həyata keçirilə biləcəyini ifadə edərək, “Ümumi İnzibati Fərman” üçün hazırlıqlara başlanıldığını açıqlayıb.
Hollandiyada “Ümumi İnzibati Fərman” hökumət tərəfindən qanuna əsaslanan və ümumiyyətlə ölkənin hüquq sistemi daxilində qüvvədə olan inzibati qaydalara istinad edir.
Hollandiya İsrailin işğal etdiyi Fələstin ərazilərindən idxalı qadağan edir