BGMİ Şeyxi Ayətullah Sistaninin nümayəndəsi ilə görüşüb

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev böyük mərcəyi-təqlid Ayətullahül-Üzma Seyid Əli Hüseyni Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Cavad Şəhristani ilə görüşüb.

Görüş zamanı ümumi dini məsələlər, Gürcüstan və bölgə müsəlmanlarının vəziyyəti, eləcə də qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.