100 həftədir ki, avstraliyalılar Qəzzada qatil İsrailin davam edən hücumlarına etiraz etmək üçün hər bazar günü küçələrə axışır.
Bu həftə Avstraliyanın böyük şəhərlərində, xüsusən də ölkənin ikinci ən böyük şəhəri Melburnda keçirilən 100-cü bazar günü nümayişləri keçirilib.
Melburn şəhər mərkəzindəki Dövlət Kitabxanasının qarşısına toplaşan minlərlə insan İsrailin hücumlarına dərhal son qoyulmasını və Avstraliya hökumətinin İsrailə qarşı sanksiyalar tətbiq etməsini tələb edib.
Çıxışlardan sonra nümayişçilər əllərində "İsrail terror dövlətidir", "Qəzzədə soyqırımı dayandırın", "Sionizm terrordur", "Uşaqların öldürülməsinə son qoyun", "İsrailə qarşı dərhal sanksiyalar" və "İsrail hər saat bir uşaq öldürür" yazılı plakatlar daşıyaraq şəhər mərkəzinə doğru yürüş edib.
Keçmiş Melburn Şəhər Şurasının üzvü Camal Hakim, "100 həftədir ki, biz burada ailələrlə, fərqli mənşəli, özünü avstraliyalı kimi tanıdan insanlarla dinc şəkildə etiraz aksiyası keçiririk. Biz nə edilməli olduğunu bilirik və təcili sanksiyalar tələb edirik. Çünki hökumətimiz onları dəstəkləyərək İsrailin cinayətlərinə şərik olur" deyib.
İsrailə qarşı sanksiyaların artıq təxirə salına bilməyəcəyini söyləyən Hakim, "Rusiyaya və ya müharibə cinayəti törədən ölkələrə qarşı sanksiyalar tətbiq olunduğu kimi, İsrailə də eyni sanksiyalar tətbiq edilməlidir. Avstraliyanın İsrailə qarşı sanksiyalar tətbiq etmə vaxtıdır" deyə bildirib.
Melburn şəhər mərkəzində polisin geniş təhlükəsizlik tədbirləri gördüyü nümayiş təxminən üç saat davam edib.
Avstraliyalılar 100 həftədir ki, İsrailə etiraz edirlər