Türkiyə 121 şirkətin əmlak və aktivlərinə həbs qoyulub

Türkiyədə "Can Holding" şirkətlər qrupuna qarşı cinayət işi açılıb.
Şirkət idarəçiləri cinayətkar təşkilat yaratmaq, qaçaqmalçılıq, dələduzluq və qanunsuz valyutanın leqallaşdırılması ittihamları ilə üzləşib.
10 nəfər barəsində şübhəli şəxs qismində saxlanma qərarı verilib.
Holdinqə daxil olan 121 şirkətin əmlak və aktivlərinə isə həbs qoyulub.
Şirkətlər arasında "Show TV", "Habertürk", İstanbul Bilgi Universiteti, "Ciner Media", Doğa Məktəbləri İdarəçiliyi, "Turkish Tobacco" Tütün Məhsulları Satışı Anonim Şirkəti var.
Saxlanılan şəxslərin "Can Holding"ə bağlı şirkətlər vasitəsilə mənbəyi bəlli olmayan külli miqdarda valyutanı leqallaşdırmağa çalışdığı vurğulanır.
İttihama əsasən, holdinq altında yaradılan "məqsədyönlü cinayət təşkilatı" Kemal Can, Mehmet Şakir Can və Kenan Tekdağın rəhbərliyi ilə fəaliyyət göstərib.
Saxlanılan şəxslərin ittihama münasibəti aydın deyil.