Parisdə məscidlərin qarşısında 9 donuz başı atılıb

Fransada müsəlmanlara qarşı etiraz aksiyası zamanı məscidlərin qarşısında donuz başlarının buraxıldığı bildirilir. Paris polisinin rəisi Nunyez "Bu çirkin hərəkətlərin səbəbkarlarını tapmaq üçün hər şey edilir" deyib.

France 24 internet saytının məlumatına görə, Fransa polisi Paris bölgəsindəki məscidlərin qarşısında ən azı doqquz donuz başının qaldığını açıqlayıb.

Hücumun müsəlmanları aşağılamaq məqsədi daşıdığı bildirilir.

Paris polisinin rəhbəri Laurent Nunez sosial şəbəkədə "Bu alçaq hərəkətlərin səbəbkarlarının tapılması üçün hər şey edilir" deyib.

Fransa 6 milyondan çox insanla Avropanın ən çox müsəlman əhalisinə sahibdir. Paris Prokurorluğu şəhərin şimalında məscidin qarşısında portfeldə daha bir donuz başı tapıldığını bildirib.

Fransanın daxili işlər naziri Bruno Retaillo hücumları pisləyərək, "Müsəlman vətəndaşlarımızın dinc şəkildə imanlarını həyata keçirmələrini istəyirəm. Onların yaralandığını anlayıram" deyib.