Həbsdə olan elmi tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun barəsindəki məhkəmə hökmü qüvvədə saxlanılıb.
Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası Səmədovun hökmdən verdiyi şikayətə baxıb.
Qapalı keçən prosesdə Rəhimov Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 15 il həbs cəzasını qüvvədə saxlayıb.
Səmədovun yaxınları fəalın sentyabrın 4-dən etiraz əlaməti olaraq quru aclığa başlayacağını xəbər veriblər.
Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.
O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Sülh fəalı dövlətə xəyanətdə ittiham olunub.
Cinayət işində iddia olunur ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.
Bəhruz Səmədov məhkəmələrinin birində vurğulayıb ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülh tərəfdarı olub.
O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların ölməsinə qarşı olduğunu bildirib.
Məhkəmə Bəhruz Səmədovun barəsindəki məhkəmə hökmü qüvvədə saxlanılıb