Pakistanda hərbi hissəyə bombalı hücum olub, 6 hərbçi həlak olub

Pakistanın şimal-qərbindəki Bannu bölgəsində Sərhəd Xidmətinə aid hərbi hissəyə edilən bombalı hücumda 6 əsgər həlak olub, terrorçuların 5-i zərərsizləşdirilib.

Hayber Paxtunxva əyalətinin Bannu şəhərində bir hərbi hissəyə bomba yüklü avtomobillə hücum olub, daha sonra ərazidə silsilə güclü partlayış və atışma səsləri eşidilib.

Pakistan ordusundan verilən açıqlamaya görə, hücum edənlərlə atışmada 6 əsgər həlak olub, 5 terrorçu isə zərərsizləşdirilib.

Hadisə zamanı 3 mülki şəxsin də yaralandığı bildirilir.