İraq Təhlükəsizlik Agentliyi İŞİD-in əsas maliyyə şəbəkəsini ələ keçirib
İraq Milli Kəşfiyyat Təşkilatı bazar ertəsi yaydığı bəyanatda İŞİD-in əsas maliyyə şəbəkəsinin ələ keçirildiyini açıqlayıb.
“İntensiv səylər, fövqəladə sərhədyanı müşahidə və İraq Ali Məhkəmə Şurasının nəzarəti nəticəsində İraq kəşfiyyatı İŞİD-in bir neçə ölkədən təkfirçi terrorçuların qaçaqmalçılığından məsul olan əsas maliyyələşdirmə şəbəkəsini ələ keçirib.”
Bəyanatda bu əməliyyatın 2023-cü ildə Kərkük vilayətində keçirilən xüsusi əməliyyatın davamı olduğu da vurğulanıb. Əməliyyat zamanı həmçinin terror hüceyrələrinin maliyyələşdirilməsinə cavabdeh olan İŞİD şəbəkəsi ələ keçirilib.
Bəyanatda həmçinin qeyd olunub ki, bu şəbəkənin ələ keçirilməsi əməliyyatı həm İraq daxilində, həm də xaricində aparılan geniş müşahidələr nəticəsində Qərbi Afrikanın bir neçə ölkəsində həyata keçirilib.
İraq Kəşfiyyat Təşkilatının bəyanatında həmçinin vurğulanıb ki, sözügedən terror şəbəkəsi artıq bir neçə Avropa ölkəsində silsilə terror aktları həyata keçirib.
Bəyanatın sonunda İraq təhlükəsizlik qüvvələri İŞİD qalıqlarının ələ keçirilməsi əməliyyatlarının davam edəcəyini və heç kimin öz qaranlıq plan və layihələri ilə İranın milli təhlükəsizliyini təhdid etməsinə icazə verilməyəcəyini bir daha təsdiqləyib.