İspaniyanın İsrailə görə “Avroviziya”da iştirak etməyəcəyi təsdiqlənib

İsrail “Avroviziya” mahnı müsabiqəsində iştirak etsə, İspaniya müsabiqəyə qatılmayacaq.

İspaniyanın Televiziya və Radio şirkəti “RTVE” bu barədə məlumat yayıb.

Beləliklə, 2026-cı ildə keçiriləcək “Avroviziyada” mahnı müsabiqəsində İsrailin iştirak edəcəyi təqdirdə, İspaniyanın yarışı tərk edəcəyi təsdiqlənib.

Qeyd edək ki, bundan əvvəl İspaniyanın mədəniyyət naziri Ernest Urtasun İspaniyanın sözügedən mahnı müsabiqəsini boykot edə biləcəyini deyib. Ümumilikdə 5 ölkə - Niderland, Sloveniya, İslandiya, İrlandiya və İspaniya İsrailin qatılacağı halda, “Avroviziya”da iştirak etməyəcəyini təsdiq edib.