Gürcüstanlı din xadimləri Ankarada Əli Erbaş ilə görüşüb

Gürcüstanlı din xadimləri Ankarada Türkiyə Diyanət İşləri İdarəsinin sədri, prof. Əli Erbaş ilə görüşüb.

Ankarada keçiriləcək Həzrət Məhəmmədin (s) mövludunun 1500 illiyi münasibətilə tədbirə dəvət alan Gürcüstanın tanınmış din xadimləri Türkiyə Diyanət İşləri İdarəsinin hazırki sədri Əli Erbaş ilə görüşüblər.

Görüşdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) Şeyxi Hacı Faiq Nəbiyev, Qərbi Gürcüstan müftisi Adam Şantadze və Şərqi Gürcüstan müftisi Etibar Eminov iştirak ediblər.

Tərəflər görüş zamanı qarşılıqlı əməkdaşlıq, dini-mənəvi dəyərlərin qorunması və İslam dünyasında birliyin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.