İsrail Qəzzada uşaq evinə və qaçqın çadırlarına hava zərbələri endirib

Sionist rejim döyüş təyyarələri bu gün səhər tezdən Qəzzanın Rimal məhəlləsindəki Capital Mall yaxınlığındakı Amal Uşaq Evi və qaçqınlar üçün çadırlar da daxil olmaqla bir neçə mülki hədəfə hücum edib. Hücum zamanı əksəriyyəti uşaq olmaqla 16 nəfər həlak olub.

Bu gün Qəzza zolağının bir çox bölgələri sionist rejimin hava hücumları, artilleriya atəşi və partlayıcı yüklü pilotsuz uçuş aparatları tərəfindən hədəfə alınıb.

Qərbi Qəzza və mərkəzi bölgədəki şərq Deyr əl-Balah hava hücumlarına məruz qalıb.

Cənubda yerləşən Xan Yunis şəhəri dəfələrlə artilleriya atəşinə məruz qalıb. Qəzzanın şərqindəki Əl-Şücaiyyə məhəlləsi və Qəzzanın mərkəzindəki Nusayrat Qaçqınlar Düşərgəsi də işğaldan artilleriya atəşinə məruz qalıb.

Qəzzanın şimalındakı Birka əl-Şeyx Rədvan bölgəsində sionist rejim ordusu son saatlarda ikinci dəfə və son günlərdə də bir neçə dəfə pilotsuz maşına yerləşdirilmiş bombaları partladıb.

İşğalın Qəzzada Capital Mall yaxınlığındakı qaçqın çadırlarına səhər hücumu nəticəsində əksəriyyəti uşaq olan 6 nəfər həlak olub.

Fələstin mediası həmçinin İsrail döyüş təyyarələrinin Qəzzanın Əl-Cəla küçəsindəki Əbu Husa bölgəsindəki iki yaşayış binasına hücumu nəticəsində ən azı 10 nəfərin öldüyünü bildirib.