Jurnalistləri Müdafiə Komitəsi (CPJ) sentyabrın 9-da Azərbaycanda apellyasiya məhkəməsinin "AbzasMedia" işi üzrə hökmü qüvvədə saxlamasından narahatlığını bildirib.
""AbzasMedia işi" üzrə yeddi jurnalistin apellyasiya şikayətinin rədd edilməsi bir daha göstərir ki, Azərbaycan hakimiyyəti dövlət rəsmilərinin yol verdiyi iddia olunan korrupsiya hallarını davamlı işıqlandıran bu media qurumunun fəaliyyətinə dözə bilmir", – qurumun Avropa və Orta Asiya proqramlarının koordinatoru Gülnoza Səid bildirib.
"Azərbaycan bu jurnalistlərlə yanaşı, 2023-cü ilin sonundan bəri həbs olunmuş azı 21 media təmsilçisini azad etməlidir", – bəyanatda vurğulanır.
Azərbaycan qanunvericiliyinə görə, vətəndaş cəmiyyəti qrupları xarici qrantlar əldə etmək üçün dövlət təsdiqi almalıdır. Hakimiyyət orqanları sözügedən media qurumlarını bu təsdiq olmadan qrant almaqda ittiham ediblər. Avropa İnsan Hüquqları Məhkəməsi isə oxşar işlər üzrə qərarlarında vurğulayıb ki, belə hallar, Azərbaycan qanunvericiliyinə görə, cinayət deyil, cərimə ilə cəzalandırılmalıdır. Müstəqil ekspertlərin fikrincə, hakimiyyət orqanları xarici qrant almaq istəyən müstəqil qurumları qəsdən qeydiyyatdan keçirmir, bu da onların həmin vəsaitləri qanuni yolla əldə etməsini mümkünsüz edir.
CPJ prezident İlham Əliyevin administrasiyasına şərh üçün elektron məktub göndərdiyini, amma cavab almadığını bildirir.
10 sentyabr
ABŞ Konqresi Fərid Mehralızadəyə azadlıq istəyir
ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyası Azərbaycan hökumətini AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadəni həbsdən buraxmağa çağırır.
"Sentyabrın 9-da Bakı məhkəməsi AzadlıqRadiosunun 9 il həbs cəzası ilə üzləşən jurnalisti Fərid Mehralızadənin şikayətini haqsız olaraq təmin etməyib. Biz bu qərarı qətiyyətlə pisləyir, onun dərhal, qeyd-şərtsiz azad edilməsinə çağırırıq", - Komissiyanın açıqlamasında deyilir.
9 sentyabr
'AbzasMedia' işi üzrə hökm qüvvədə saxlandı
"AbzasMedia" ilə bağlı cinayət işi üzrə həbsdə olan 7 jurnalist, o cümlədən AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadə haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb. Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində bu barədə qərar çıxarılıb.
Qərara əsasən, jurnalistlərin verdiyi apellyasiya şikayətləri təmin olunmayıb. "AbzasMedia"nın təsisçisi və icraçı direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), "Turan" informasiya agentliyinin redaktoru Hafiz Babalı və AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadənin 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımovanın 8 il, "AbzasMedia"nın koordinatoru Məhəmməd Kekalovun isə 7 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm qüvvəyə minib.
Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədov bu qərarı elan edəndə təqsirləndirilən jurnalistlərdən S.Vaqifqızı, N.Absalamova və E.Qasımova əllərində plakatlar qaldırmaqla buna etiraz ediblər. Plakatlarda "İlham Əliyev, gəlirlərini bəyan et!", "Jurnalistika cinayət deyil, korrupsiya cinayətdir!" və s. şüarlar yazılıb. Jurnalistlər orada yazılanları özləri də səsləndiriblər.
Konvoylar və nəzarətçilər jurnalistlərin əllərindən plakatları almağa çalışıb və bu zaman məhkəmə zalında qarışıqlıq yaşanıb. Həmçinin icra məmurları məhkəmə prosesini izləməyə gələnləri də zaldan çıxarıblar. Bu üzdən məhkəmənin qərarını eşitmək mümkün olmayıb. Sonradan aydınlaşıb ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
AzadlıqRadiosunun prezidenti Fərid Mehralızadəyə qarşı hökmün qüvvədə saxlanmasını pisləyir
AzadlıqRadiosunun prezidenti Stiv Kapus qərarı pisləyib. "Məhkəmənin Fəridə qarşı haqsız və əsassız hökmü qüvvədə saxlamasını qətiyyətlə pisləyirik. Bu gün Fərid həyat yoldaşı və körpəsinin yanına qayıtmalıydı. Əvəzində o, dəmir barmaqlıqlar arxasında qalır, layiq olduğu ədalətdən məhrum edilir", – radio prezidentinin yaydığı bəyanatda deyilir.
Xatırlatma
"AbzasMedia" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlanıb. Həmin gün nəşrin direktoru Ülvi Həsənli və direktor müavini Məhəmməd Kekalov saxlanılıb, onların evində, nəşrin ofisində axtarış aparılıb. Ofisdən 40 min avro pul tapıldığı iddia edilib. Ü.Həsənli ofisə pulu axtarış aparanların özlərinin atdığını bildirib.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Fərid Mehralızadə və Hafiz Babalının hər biri 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalovsa 7 il 6 ay azadlıqdan məhrum edilib. Onlar qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma, vergidən yayınma və başqa ittihamlarla təqsirli biliniblər.
Jurnalistlər özlərini təqsirli saymır, Əliyevlər ailəsi də daxil, hakimiyyətdə təmsil olunan yüksəkvəzifəli şəxslərin korrupsiyasını araşdırdıqlarına görə cəzalandırıldıqlarını bildirirlər.
Son iki ilə yaxın müddətdə Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 370-ə yaxın siyasi məhbus var.
Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.
CPJ 'AbzasMedia işi' üzrə hökmün qüvvədə saxlanmasından narahatdır