10 March 2025

İsrailli olmaq utancvericidir

İsrail əsgəri Nimrod Cohenin qardaşı Yotam Koen, müxtəlif ölkələrin liderlərinin İsrailin məhbusların azad edilməsində maraqlı olmadığını anladığını ifadə edərək, "İsrailli olmaq utancvericidir" deyib.

“The Times of Israel”in məlumatına görə, Qəzza zolağındakı minlərlə insan və israilli məhbusların yaxınları Təl-Əvivdəki Qirya hərbi bazasında və “girovlar meydanı” adlandırdıqları meydanda toplaşaraq, HƏMAS ilə atəşkəs və məhbus mübadiləsi razılaşmasını davam etdirməsi üçün hökumətə təzyiq göstəriblər.

İstanbulda Suriyada Ələvi soyqırımına qarşı etirazlar qadağan edilib

Türkiyənin Ələvi icması Suriyada ələvi qırğınlarına etiraz olaraq nümayişlərə çağırdıqdan sonra Ankara bazar günü Suriya konsulluğu qarşısında hər cür nümayişi qadağan edib.

İstanbulun Şişli Qubernatorluğu Suriya konsulluğunun yerləşdiyi bu ərazidə 9-11 mart tarixləri arasında 3 gün müddətinə hər cür toplantı və nümayişin qadağan edildiyini açıqlayıb.

Suriya İnsan Haqları Müşahidə Qrupu: Öldürülən mülki Ələvilərin sayı 745-ə çatıb

Britaniyada yerləşən Suriya İnsan Haqlarını Müşahidə Qrupu (SOHR) ölkənin hazırkı idarə sisteminə etiraz edənlərlə Heyət Təhrir əl-Şam (HTŞ) ilə əlaqəli təhlükəsizlik qüvvələri arasında baş verən son qarşıdurmalarda 745 mülki ələvinin həlak olduğunu bildirib.

Yaxın məsafədən açılan atəş nəticəsində mülki şəxslərin əksəriyyətinin həlak olduğu bildirilib.

Ekspertlər son hadisələri Əsədin devrilməsindən sonra Suriyada baş verən ən böyük münaqişə kimi qiymətləndirirlər.

Fransa Ukraynaya 195 milyon avroluq hərbi yardım tədarük edəcək

Fransa Ukraynaya Rusiya aktivlərinin dondurulmasından əldə olunan faizlərlə 195 milyon avroluq hərbi yardım tədarük edəcək.

Bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornu "La Tribune Dimanche" qəzetinə verdiyi müsahibədə bildirib.

Nazir deyib ki, yeni tranşa 155 mm-lik artilleriya mərmiləri və AASM tipli idarə olunan aviabombalarla yüklənmiş Mirage-2000 təyyarələri daxildir.

"Atalanta" "Yuventus"u səfərdə darmadağın etdi

İtaliya A Seriyasında 28-ci turun oyunları davam edir.

Bu gün 4 oyun keçirilib. “Yuventus” öz meydanında “Atalanta” ilə qaşılaşıb. Oyunda qonaqlar 4 cavabsız qolla qalib gəlib.

“Verona” – “Bolonya” görüşündə qonaqlar, “Napoli” – “Fiorentina” matçında meydan sahibləri qalib gəliblər. “Empoli” evdə “Roma”ya məğlub olub.

9 mart

Təl-Əvivdə avtomobil partladı

Təl-Əvivin La Guardia kəsişməsində avtomobildə baş verən partlayış geniş panikaya səbəb olub. Hadisə zamanı 35 yaşlı iki nəfər yaralanarkən, partlayan avtomobilin Quş Danın keçmiş bələdiyyə sədrinə məxsus olduğu müəyyən edilib.

Mehr Xəbər Agentliyinin məlumatına görə, Təl-Əviv şəhərindəki La Guardia qovşağında baş verən partlayışın sui-qəsd cəhdi olduğu müəyyən edilib.

Hizbullahın baş katibi: Netanyahunun evinə qədər gəlib çatmaq müqavimətin gücünün nümayişidir

Hizbullahın baş katibi Şeyx Naim Qasim Əl-Mənar kanalına müsahibəsində mühüm məsələlərlə bağlı açıqlamalar verib.

O, deyib: “Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiəddinin dəfn mərasimlərində ictimaiyyətin iştirakı unikal və müstəsna idi. Xalqımızdan xahiş edirəm ki, həmişə olduğu kimi namuslu, başını dik tutsunlar. Çünki siz Seyid Nəsrullahın övladlarısınız.

Bu vəziyyətə düşməyimizə səbəb...

Qəribə, ziddiyyətli, eyni halda qəbul olunacaq dərəcədə rahat. Bütün bunlar bir araya çətin sığan, lakin mümkün bir həqiqətin təsiri altındadır. Artıq hər kəs üçün əlçatan olan texnoloji əsaslar bütün parametrlərdə təsir dairəsi yaratmaqla hər növ yalnışın düz qəbulunda unikaldır. Süni intellektin belə vəd etdiyi gözəlliklər hiss olunmadan yanlış təsirləri doğrulamaq cəhdi ilə insanı bu təsirin zəncirinə buxovlayır.