İstanbulda Suriyada Ələvi soyqırımına qarşı etirazlar qadağan edilib

Türkiyənin Ələvi icması Suriyada ələvi qırğınlarına etiraz olaraq nümayişlərə çağırdıqdan sonra Ankara bazar günü Suriya konsulluğu qarşısında hər cür nümayişi qadağan edib.

İstanbulun Şişli Qubernatorluğu Suriya konsulluğunun yerləşdiyi bu ərazidə 9-11 mart tarixləri arasında 3 gün müddətinə hər cür toplantı və nümayişin qadağan edildiyini açıqlayıb.

Digər tərəfdən Türkiyə Ələvi Bəktaşi Federasiyası (ABF) Suriyada ələvi əhalinin sıx məskunlaşdığı Latakiya və ətraflarında terror rejiminə bağlı HTŞ-yə bağlı qruplar tərəfindən həyata keçirilən qırğına etiraz olaraq  İzmirdə kütləvi etiraz aksiyası keçirəcəyini bildirir.