Milli Şuranın və Müsavat partiyasının üzvü Tofiq Yaqublu 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qərarı martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi verib.
2023-cü il dekabrında həbs edilən T. Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya ondan istifadə maddələrilə ittiham edilirdi.
Ötən prosesdə dövlət ittihamçısı ona 10 il cəza istəmişdi.
Yenə kiçik məhkəmə zalı seçildiyi üçün prosesi izləməyə gələn Yaqublunun xeyli sayda məsləkdaşı və jurnalistlər çöldə qalib. Ətrafa isə canlı polis qüvvəsi, polis maşınları və avtobuslar yerləşdirilib.
Hakim hökmü elan etməmişdən əvvəl Yaqublu ötən məhkəmə iclasından yarımçıq qalmış son söz çıxışını davam etdirib. O, çıxışında bir daha qeyd edib ki, həbsinin əsl səbəbi siyasi fəaliyyətidir.
Tofiq Yaqublu 9 il müddətinə azadlıqdan məhrum edildi