09 March 2025

Hizbullah Suriyadakı hadisələrə müdaxilə iddialarını rədd edir

Livan Hizbullahı Suriyadakı hadisələrə müdaxilə etdiyi və hadisələrdə bir tərəfi dəstəklədiyi ilə bağlı iddiaları "qəti" olaraq rədd edib.

“Bəzi tərəflər Suriyada baş verən hadisələrə “Hizbullah”ın adını daxil etməkdə canfəşanlıq edir və onu oradakı münaqişənin bir hissəsi olmaqda ittiham edirlər”, – Hizbullahın yazılı açıqlamasında deyilir.

Colani rejimi ilə qarşıdurmada son vəziyyət: Ölənlərin sayı mini keçib

Colani rejiminin Suriyanın şimal-qərbində həyata keçirdiyi hücumlarda ölənlərin sayının 1000-i keçdiyi açıqlanıb.

Əl Məyadin kanalının məlumatına görə, Suriya İnsan Haqları Müşahidə Qrupu Colani rejiminin Suriya sahillərindəki hücumlarında indiyədək 745-i mülki olmaqla 1018 nəfərin həlak olduğunu açıqlayıb.

Oman müftisi: Qəzza əhalisinin vəziyyəti ağırdır, kömək edin

Omanın müftisi Şeyx Əhməd Əl-Xəlili təcili mesaj yayaraq, bütün dünya müsəlmanlarını və oyanıq vicdanlarını Qəzzə xalqına maksimum kömək etməyə və dəstək verməyə çağırıb.

Oman müftisi “X” sosial şəbəkəsindəki şəxsi səhifəsində dərc etdiyi mesajda Qəzza əhalisinin vəziyyətini kritik adlandırıb.