Hizbullah Suriyadakı hadisələrə müdaxilə iddialarını rədd edir

Livan Hizbullahı Suriyadakı hadisələrə müdaxilə etdiyi və hadisələrdə bir tərəfi dəstəklədiyi ilə bağlı iddiaları "qəti" olaraq rədd edib.

“Bəzi tərəflər Suriyada baş verən hadisələrə “Hizbullah”ın adını daxil etməkdə canfəşanlıq edir və onu oradakı münaqişənin bir hissəsi olmaqda ittiham edirlər”, – Hizbullahın yazılı açıqlamasında deyilir.

Bu mənada ittihamların xarici güclərə xidmət etdiyi və bu cür bəyanatlara ehtiyatla yanaşılması lazım olduğu bildirilən bəyanatda, “Hizbullah bu əsassız iddiaları açıq və qəti şəkildə rədd edir.”