“Real Madrid” məğlub olub
İspaniya La Liqasında XXVI turun oyunları keçirilir.
Bu gün 4 matç baş tutub.
"Real" səfərdə "Betis"in qonağı olub. "Kral klubu" hesabı açsa da, nəticədə məğlub olub.
İlk hissədə Brahim Diaz komandasını hesabda önə çıxarıb. Lakin Conni Kardozo və İskonun qolları meydan sahiblərinə qələbə qazandırıb - 2:1.