PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb

PKK atəşkəs elan etdi

PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb.

Bu barədəNTVxəbər verir.

 

Öcalanın çağırışına cavab

Açıqlamada terror təşkilatının lideri Abdullah Öcalanın "silahı yerə qoyun" çağırışına əməl ediləcəyi qeyd edilib: "PKK olaraq çağırışın məzmunu ilə olduğu kimi razıyıq və öz cəbhəmizdən çağırışın tələblərinə əməl edəcəyimizi bildiririk.

 

Hücum olunmadıqca silahlı fəaliyyət dayandırılacaq

Bu gündən atəşkəs elan edirik. Hücum edilmədikcə heç bir qüvvəmiz silahlı hərəkətə keçməyəcək".

 

PKK qurultay keçirməyə hazırdır - Öcalanın liderlik tələbi

PKK açıqlamada partiyanın qurultayını çağırmağa hazır olduqlarını qeyd ediblər, bunun üçün uyğun təhlükəsizlik mühitinin yaradılması və konqresin uğuru üçün Öcalanın şəxsən rəhbərlik etməsi tələbini irəli sürüblər.

 

Abdulla Öcalan PKK-ya çağırışınd nə demişdi?

Qeyd edək ki, fevralın 27-də PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “silahı yerə qoyun” çağırışı yer alıb.

“Bütün qruplar tərksilah olunmalı və PKK ləğv olunmalıdır. Mən silahı yerə qoymağa çağırıram və bu çağırışa görə tarixi məsuliyyəti öz üzərimə götürürəm”, - Öcalanın müraciətində deyilir.

 

Öcalan neçə vaxtdır həbsdədir?

Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.