Ukrayna və ABŞ prezidentləri arasında Ağ Evdəki mübahisədən sonra dünya liderləri Zelenskiyə dəstəklərini ifadə ediblər

Ukrayna və ABŞ prezidentləri arasında Ağ Evdəki mübahisədən sonra dünya liderləri Zelenskiyə dəstəklərini ifadə ediblər.
Kaliforniya senatoru Adam Şiff:
“Bu gün qəhrəman və qorxaq Oval kabinetdə görüşüblər və görüş başa çatdıqdan sonra qəhrəman evinə - Ukraynaya qayıdır”.
Minnesota qubernatoru Tim Vals:
“Donald Tramp ABŞ-ı dünya səhnəsində utandırır. Biz diktatorlara qarşı duran və demokratiya uğrunda mübarizə aparan ölkəyik. Minnesota Ukraynadakı müttəfiqlərimizin yanında möhkəm dayanır".
Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrell:
"Tramp və Vens ləyaqətsiz şou göstərdilər. Mən bu davranışa görə utanıram. ABŞ daha yaxşısına layiqdir. Azad dünya Ukraynanı dəstəkləməlidir. Mən Zelenskinin yanında olmuşam və indi də varam".
Polşanın Baş naziri Donald Tusk:
“Əziz Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz”.
İspaniyanın Baş naziri Pedro Sançes:
“Ukrayna, İspaniya səninlədir”.
Fransa prezidenti Emmanuel Makron:
"Rusiya işğalçıdır! Biz əvvəldən mübarizə aparanlara hörmət etməliyik".
Almaniya Xristian Demokrat partiyasının müavini İohan David Vadeful:
"Ağ Evdən görüntülər insanı şoka salır. İşğal olunmuş bir ölkənin prezidentinə necə belə xəyanət etmək olar?! Azad Avropa Ukraynanı tərk etməyəcək!"
Kanadanın xarici işlər naziri Melani Coli:
"Biz təhlükəsizlik böhranı yaşayırıq".
İsveçin baş naziri Ulf Kristerson:
"İsveç Ukraynanın yanındadır. Siz təkcə öz azadlığınız üçün deyil, bütün Avropanın azadlığı üçün mübarizə aparırsınız”.
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen:
“Sizin ləyaqətinizi və Ukrayna xalqının şücaətini təqdir edirik.
Biz ədalətli və davamlı sülh naminə sizinlə işləməyə davam edəcəyik”.
ABŞ senatoru Bernie Sanders:
“Tramp Rusiya imperializmi ilə cəsarətlə mübarizə aparan demokratik ölkənin lideri Zelenskini tənqid edir. Bağışlayın, prezident Tramp. Biz avtoritarizmə yox, demokratiyaya inanırıq”.
Moldova prezidenti Maya Sandu:
"Həqiqət sadədir - Rusiya Ukraynanı işğal edib. Rusiya təcavüzkardır. Ukrayna öz azadlığını müdafiə edir. Biz Ukraynanın yanındayıq".
Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas:
"Ukrayna Avropadır! Biz Ukraynanın tərəfindəyik. Biz Ukraynaya dəstəyimizi gücləndirəcəyik ki, onlar işğalçıya qarşı mübarizəni davam etdirə bilsinlər. Bu gün aydın oldu ki, azad dünyanın yeni liderə ehtiyacı var”.
Almaniyanın xarici işlər naziri Annalena Berbok:
“Ukrayna Almaniyanın, Avropanın və digər ölkələrin sarsılmaz dəstəyinə arxalana bilər”.
Bütün reaksiy