08 January 2025

Bağdad Cümə İmamı: Biz İraqı qorumaq üçün Amerikanın sui-qəsdinə qarşı mübarizə aparmalıyıq

Bağdad cümə imamı Ayətullah Seyid Yasin Musəvi Bəsrədə komandirlərin qələbəsinin ildönümü ilə bağlı keçirilən anım mərasimində “Cinayətkar Tramp iki şərəfli şəhid Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisi sivilizasiya müharibəsi çərçivədə terrora məruz qoyub. Çünki qərb sivilizasiyası şərqi, yəni İslam ölkələrini nəzarət altına almağa, bu ölkələrin sərvət və mallarını girov götürməyə çalışır.

"Neftçi" qələbə qazandı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında "Neftçi" qələbə qazanıb.

 IV turun sonuncu oyununda "ağ-qaralar" "Gənclər" kollektivini 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, ötən gün "Azərreyl" MOİK-i, "Murov Az Terminal" isə "Xilasedici"ni 3:0 hesabı ilə üstələyib.

 

 

Unikal

Yəmənin Xarici İşlər Naziri: Suriya ssenarisini Yəməndə təkrarlamaq axmaqlıqdır

Yəmənin Milli Azadlıq Hökumətinin Xarici İşlər Naziri Camal Əhməd Əmir, Birləşmiş Millətlər Təşkilatının Baş katibinin xüsusi nümayəndəsi ilə görüşündə Yəmən lideri Əbdül Malik əl-Husinin sözlərinə istinad edərək vurğulayıb ki, Ənsarullah Hərəkatı, sadə bir tənlik ortaya qoyub. Qəzzaya dəstək əməliyyatları ancaq bu bölgəyə hücumlar bitdiyi zaman bitəcək.

Trüdo Trampa qarşı çıxıb: Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq

Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacağını deyib.

Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, bu barədə Kanada hökumətinin başçısı “X” sosial şəbəkəsində yazıb.

“Kanadanın ABŞ-nin bir hissəsi olmaq şansı zərrə qədər də yoxdur”, - paylaşımda qeyd edilir.

İran lideri: Amerika İranda uğursuzluğa düçar olub və bunun əvəzini çıxmağa çalışır

İran İslam İnqilabının Rəhbəri İranın niyə Amerika ilə danışıqlara hazır olmadığı sualına cavab olaraq deyib: Amerika [İslam İnqilabından əvvəl] İranı öz əlinə keçirmişdi, lakin İran, onun məngənəsindən çıxarıldı. Ona görə də, onun ölkəyə, inqilaba kin-küdurəti dəvə kinidir! Və o, belə asanlıqla təslim olmur. Amerika İranda uğursuzluğa düçar olub və bu uğursuzluğun əvəzini çıxmağa çalışır.

Prezident: Azərbaycan və İran xalqları çox sıx tellərlə bir-birinə bağlıdır

Prezident İlham Əliyev İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbulu zamanı xalqlarımızın çox sıx tellərlə bir-birinə bağlı olduğunu deyib, iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının vacibliyini vurğulayıb.

Dövlət başçısı bildirib ki, ölkəmiz İran İslam Respublikası ilə əlaqələrin bütün sahələrdə inkişafına həmişə xüsusi əhəmiyyət verir.

SOCAR Türkiyənin 7 milyard dollarlıq yeni sərmayəsini açıqladı

SOCAR Türkiyə neft-kimya sahəsində təxminən 7 milyard dollar dəyərində olan yeni investisiya layihəsinin təfərrüatlarını açıqlayıb.

SOCAR Türkiyə və qrup şirkətlərinin 2024-cü il üçün qiymətləndirildiyi və şirkətin uzunmüddətli strateji investisiyalarından biri olan “Master Plan” layihəsinin təfərrüatlarının paylaşıldığı mətbuat konfransı İstanbulda keçirilib.

HTŞ terrorçuları daha üç Ələvi şeyxini qətlə yetirdilər

HTŞ terrorçuları Dəməşqi ələ keçirdikdən sonra ölkədəki ələvi-şiə əhaliyə qarşı qırğınlar həyata keçirməyə başlayıblar.

Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, HTŞ terrorçuları Homs-Tartus yolunda üç Ələvi şeyxini qətlə yetiriblər.

Öldürülənlər arasında Tartusun Dahr Matrou kəndindən olan Şeyx Cabir Mahmud İsa Əbu Əli və Bakkudan olan Şeyx Heysham Maalla da var.

Azərbaycana məxsus 3 gəminin saxlanılması ilə bağlı XİN-ə və Eritreyaya məlumat verilib

Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılması ilə bağlı Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə BDT-yə, Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib.

Bu barədə Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova bildirib.

İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana səfər edib.

Operativtv xəbər verir ki, bu barədə APA-ya istinadən məlumat yayıb.

Məlumata görə, Əhmədian Cənubi Qafqaza regional səfəri çərçivəsində təhlükəsizlik diplomatiyası istiqamətində və siyasi-təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədi ilə Azərbaycana səfər edib.