04 December 2024

Gürcüstanda müxalifətin ofislərində axtarışlar aparıldı - Saxlanılanlar var

Gürcüstanda hüquq-mühafizə orqanları müxalif siyasi partiya və təşkilatların ofislərində aparılan axtarışlar çərçivəsində 7 nəfəri saxlayıb.

Operativtv Unikal-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin direktoru Teymuraz Kupatadze bildirib.

Azərbaycanın qeyri-neft ixracını artıran sirli səbəb

Azərbaycan hökuməti böyük neft pulları əldə etməyə başladığı son 20 ildə qəbul elədiyi istənilən iqtisadi proqram və strategiyada təbii resurs asılılığından qurtarmağı özünün əsas hədəfi kimi müəyyən edib. Məsələn, 2012-ci ildə qüvvəyə minmiş “Azərbaycan 2020: İnkişaf Konsepsiyası”na görə, 2020-ci ilə qədər adambaşına qeyri-neft əmtəə ixracı 5 dəfə artaraq 1000 dollara çatdırılmalı idi.

Ayətullah Sistaninin Livandakı nümayəndəsi İsrail rejimin törətdiyi dağıntıları araşdırıb

Ayətullah Sistaninin Livandakı ofisinin müdiri Hacı Həmid Əl Həffaf bu şəhərdəki evində Əl-Nəbatiyyənin imamı Əllamə Şeyx Əbdülhüseyn Sadiqlə görüşüb.

Bu görüşdə Əl-Həffaf Əllamə Əbdülhüseyn Sadiq tərəfindən İsrailin Livana son hücumları nəticəsində ciddi ziyan dəymiş bu şəhərin vəziyyəti barədə məlumatlandırılıb.

Azərbaycan Kuboku: “Qarabağ” və “Kəpəz” 1/4 final mərhələsinə yüksəlib

Operativtv Az.shafaqna-ya istinadən verdiyi xəbərə görə, futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Məlumata əsasən, eyni vaxtda start götürən matçlarda “Qəbələ” “Qarabağ”ı, “Kəpəz” “İmişli”ni qəbul edib.

Hər iki qarşılaşma Premyer Liqa təmsilçilərinin qələbəsi ilə başa çatıb.

Putin: Rusiya bazarına qayıtmaq istəyən Qərb şirkətlərinə mane olmayacağıq

Rusiya öz bazarına qayıtmaq istəyən Qərb şirkətləri üçün xüsusi şərait yaratmayacaq.

Bunu Rusiya Prezidenti Vladimir Putin "VTB Rusiya çağırır" forumunda bildirib.

Onun sözlərinə görə, Moskva Rusiya bazarına qayıtmaq istəyən Qərb şirkətlərinə mane də olmayacaq.

“Biz onlar üçün xüsusi şərait yaratmayacağıq. Çünki biz heç kəsi sıxışdırmamışıq, heç kimə qadağa qoymamışıq”, - deyə Putin qeyd edib.

Rüfət Səfərov həbs olundu

Hüquq müdafiəçisi Rüfət Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsində istintaq orqanı tərəfindən məhkəməyə daxil olan vəsatətə baxılıb.

Hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən məhkəmədə şikayətçi tərəfin vəsatəti təmin edib. Qərara əsasən, Rüfət Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Kuboku: "Araz-Naxçıvan" 1/4 finala vəsiqə qazanıb

"Araz-Naxçıvan" klubu futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanıb.

Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda "Mingəçevir"lə üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Premyer Liqa klubunda qolları 5-ci dəqiqədə Ülvi İsgəndərov, 21-ci dəqiqədə Bernardo Dias, 66-cı dəqiqədə Sezar Meza Kolli vurublar.

Suriya Ordusu Həmanın şimal-şərqindəki ərazilərə nəzarəti bərpa edib

Suriya Ordusunun bölmələri Həma şəhərinin şimal-şərqində yerləşən bir neçə bölgəyə nəzarəti bərpa edə bilib.

Operativtv Report-a istinadən məlumatına görə, bu barədə Livanın "Al Mayadeen" telekanalı xəbər verib.

Məlumata görə, qoşunlar Xanasir şəhərinin ətrafına doğru irəliləyə bilib və hazırda onun ətrafında terrorçularla toqquşmalar gedir.

Azərbaycandan Avropaya qaz ixracının artırılması üçün 18 mlrd. dollardan çox sərmayə tələb oluna bilər

Azərbaycandan Avropa İttifaqına (Aİ) illik qaz ixracının həcmini 20 mlrd. kubmetrə çatdırmaq üçün 18,5 mlrd. ABŞ dolları tələb oluna bilər.

Operativtv APA-ya istinadən xəbər verir ki, bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkətinin ölkə üzrə hesabatında bildirilib.

BMT Suriyanın şimal-qərbində humanitar əməliyyatları dayandırıb

BMT-nin Suriyanın şimal-qərbində Hələb, İdlib və Həma əyalətlərində humanitar əməliyyatları təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən dayandırılıb.

Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin məlumatında bildirilir.

“Döyüşlər humanitar yardımı da dayandırıb, Hələb, İdlib və Həmanın bəzi bölgələrində yardım əməliyyatları təhlükəsizliklə əlaqədar olaraq dayandırılıb”, - sənəddə bildirilir.

İran, Rusiya və İraqın hərbi rəsmiləri terrorçularla mübarizədə Suriya Ordusuna dəstəyi vurğulayıblar

İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Rusiyanın Müdafiə naziri, İraq və Suriya ordularının baş qərargah rəisləri ilə telefon danışığında deyib: “Təkfirçi terrorçuların Livanda atəşkəslə eyni vaxtda Suriyaya hücumu Suriya və onun müttəfiqlərini və müqavimət oxunu zəiflətmək üçün Amerika-sionist planıdır.”