BMT Suriyanın şimal-qərbində humanitar əməliyyatları dayandırıb

BMT-nin Suriyanın şimal-qərbində Hələb, İdlib və Həma əyalətlərində humanitar əməliyyatları təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən dayandırılıb.

Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin məlumatında bildirilir.

“Döyüşlər humanitar yardımı da dayandırıb, Hələb, İdlib və Həmanın bəzi bölgələrində yardım əməliyyatları təhlükəsizliklə əlaqədar olaraq dayandırılıb”, - sənəddə bildirilir.

BMT əlavə edib ki, çətinliklərə baxmayaraq, humanitar təşkilatlar insanların ehtiyaclarını qiymətləndirmək və mümkün olan yerlərdə cavab tədbirlərini genişləndirmək üçün səfərbər olurlar.

 

Report.az