04 September 2024

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyi xəbər verir ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Sisinin Ankara səfəri: Normallaşma prosesində Türkiyə-Misir münasibətlərində dönüş nöqtəsi

Prezident Əbdülfəttah əs-Sisinin Türkiyəyə ilk səfəri 12 ildən sonra Misirdən Türkiyəyə ilk prezident səfəri olacaq.

Misir prezidenti Əbdülfəttah əs-Sisi Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası üçün çərşənbə günü Ankaraya gəlir.

Təl-Əviv küçələrində yanğın

Baş nazir Binyamin Netanyahu hökumətinin Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı razılığa gəlmək istəməməsinə reaksiya olaraq İsraildə təşkil edilən etiraz aksiyaları minlərlə insanın iştirakı ilə üçüncü gündür ki, davam edib.

Təl-Əviv və Qərbi Qüds başda olmaqla ölkənin bir çox bölgəsində minlərlə insan küçələrə çıxaraq Qəzzada israilli məhbusların ölümündə Netanyahu və onun hökumətini günahlandırıb.

Paris-2024: Azərbaycan paralimpiadanın medal sıralamasında 22-ci pillədə yer alıb

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının medal sıralamasında 22-ci pilləyə yüksəlib.

Operativtv Report-a istinadən məlumatına görə, bu, paraatlet Lamiyə Vəliyevanın (T13 kateqoriyası) 100 metr məsafəyə qaçışda qızıl mükafat qazanması sayəsində mümkün olub.

Hazırda Azərbaycan yığmasının hesabında 3 qızıl, 1 gümüş və 1 bürünc medal var.

AB-dən Türkiyənin mümkün BRİKS üzvlüyünə ilk reaksiya

Türkiyənin BRİKS-ə qoşulmaq üçün müraciət etməsi ilə bağlı iddialara ilk reaksiya Avropa İttifaqından gəldi.

Avropa Komissiyasının xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Peter Stano Türkiyənin BRİCS-ə üzvlük üçün müraciət etdiyi iddialarına baxmayaraq, Ankaranın Aİ-yə namizəd ölkə statusunun davam edəcəyini vurğulayıb.

Brüsseldə mətbuat konfransı keçirən Stanoya Türkiyənin BRİCS-ə üzvlük müraciəti ilə bağlı ABŞ mətbuatında yer alan iddialar soruşulub.

Ədliyyədə növbəti etibarnamə qalmaqalı: Həbsdə olan jurnalistin etibarnamə verməsinə şərait yaradılmadığı bildirilir

Həbsdə olan jurnalist Müşfiq Cabbar istintaq təcridxanasında hüquqlarının məhdudlaşdırılmasından məhkəməyə şikayət verib.

Vəkil Nazim Musayev Amerikanın Səsinə bildirib ki, istintaq həbsdə olan Toplum TV-nin jurnalisti Müşviq Cabbarın notariat hərəkətləri etmək, xüsusən də yaxınlarına etibarnamə vermək hüquqlarını məhdudlaşdırıb.