27 November 2023

Azərbaycan cüdoçuları 2023-cü ildə indiyədək 233 medal əldə ediblər

Azərbaycan cüdoçularının 2023-cü ildə indiyədək beynəlxalq yarışlarda qazandığı medalların sayı bəlli olub.

Bütün yaş qrupları üzrə fərdi və komandalar arasında keçirilən turnirlərdə ümumilikdə 233 medal əldə edilib.

Bu mükafatlardan 73-ü qızıl, 53-ü gümüş və 107-si bürünc olub.

 

Report.

İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs daha iki gün uzadılıb

İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs daha iki gün uzadılıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin əsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari "X" hesabında məlumat yayıb.

Qeyd olunub ki, bu barədə tərəflər arasında razılıq əldə olunub.
"Qətər davam edən vasitəçiliyi çərçivəsində Qəzza zolağında humanitar atəşkəsin daha iki gün uzadılmasına dair razılıq əldə olunduğunu elan edir", - deyə bildirilib.

Mərakeşdə Qəzzaya dəstək nümayişləri keçirilib

Mərakeşin Tangier və Kasablanka şəhərlərində Qəzzəyə dəstək və sionist rejimlə normallaşma əleyhinə nümayişlər təşkil edilib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Tangierdə qeyri-hökumət təşkilatlarının çağırışı ilə on minlərlə insan Qəzzaya dəstək olmaq üçün toplaşıb.

Aksiya iştirakçıları Mərakeş və sionist rejim arasında normallaşma prosesinə son qoyulmasını tələb ediblər.

“Kanal 13” internet televiziyasının rəhbərinin evində və ofisində axtarış aparılır

Noyabrın 27-də axşam saatlarında istintaq orqanı “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun yaşadığı evdə axtarış aparıb. Hazırda “Kanal 13-ün ofisində axtarış davam etdirilir.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə deyib ki, axtarış məhkəmə qərarı ilə aparılır. “”

"Real" liderliyə yüksəldi

"Real" İspaniya La Liqasında 14-cü tur oyununa çıxıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Madrid təmsilçisi səfərdə "Kadis"lə qarşılaşıb. Oyun "kral klubu"nun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Rodriqo 14 və 64-cü dəqiqələrdə fərqlənməklə dubl edib. Cud Bellinqem isə 74-cü dəqiqədə qola ima atıb.

ABŞ-ın təyyarədaşıyan hücum qrupu Fars körfəzinə daxil olub

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan hücum qrupu 2020-ci ildən bəri ilk dəfə Hörmüz boğazından keçərək Fars körfəzi sularına daxil olub.

Toplum TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının  mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, CVN-69 təyyarədaşıyıcısının rəhbərlik etdiyi ikinci Amerika daşıyıcı qrupu “gəmilərin hərəkətinin təhlükəsizliyini təmin etmək” üçün Fars körfəzinin sularında olacaq.

İsraillə HƏMAS arasındakı atəşkəsin müddəti uzadıla bilər

HƏMAS İsraillə atəşkəsin müddətini uzatmaq istəyir, hazırda tərəflər bunun üçün danışıqlar aparır.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb. 

Qəzetin yazdığına görə, HƏMAS bazar günü 14 İsrail və üç xarici vətəndaş daxil olmaqla 17 girovu azad edib, İsrail buna cavab olaraq 39 fələstinlini azad edib.

Şahin Verdiyevin səhhəti ağırlaşıb

Keçmiş Gəncə məhbusu Şahin Verdiyev 25 noyabr tarixində Pentensiar Xidmətin Bakıdakı Müalicə Mərkəzinə köçürülüb. 

Pentensiar Xidmətin Gəncədəki 2 saylı İstintaq Təcridxanasındakı xəstəxanasında müalicə alan Şahin Verdiyevin ötən gün qəfil səhhətində ciddi problem yaranıb. Bu barədə Şahin Verdiyevin anası Seminarə Cəfərova “Məlumat” İnformasiya Agentliyinə danışıb:

Keçmiş Gəncə məhbusu Yavər İsmayılzadəyə hökm oxundu

Keçmiş Gəncə məhbusu Yavər İsmayılzadənin məhkəmə prosesi başa çatıb. “Məlumat” İnformasiya Agentliyinin verdiyi xəbərə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə onun ittiham edildiyi maddəyə dəyişiklik edilib. Beləki, CM-nin 234.4.3 maddəsi ilə ittiham olunan Yavər İsmayılzadənin istintaq və məhkəmə araşdırmasında bu ittiham sübut olunmadığı üçün 234.4.3 maddəsi 234.1-1-ə tövsif olunub. Məhkəmə bu maddə ilə ona 3 il müddətinə həbs cəzası haqqında hökm çıxarılıb. 2 il 6 ay isə ilk həbsindən qalan cəza müddəti də əlavə edilib.