İsraillə HƏMAS arasındakı atəşkəsin müddəti uzadıla bilər

HƏMAS İsraillə atəşkəsin müddətini uzatmaq istəyir, hazırda tərəflər bunun üçün danışıqlar aparır.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb. 

Qəzetin yazdığına görə, HƏMAS bazar günü 14 İsrail və üç xarici vətəndaş daxil olmaqla 17 girovu azad edib, İsrail buna cavab olaraq 39 fələstinlini azad edib.

Həmçinin qeyd olunub ki, İsrail atəşkəsin ilk günlərində 117 fələstinli məhbusu azad edib, bu gün isə daha 40 nəfər sərbəst buraxacağı gözlənilir.

İsrail hər gün 10 girovun azad edilməsi şərti ilə HƏMAS ilə atəşkəsi uzatmağa hazırdır. “The Times of Israel” yazır ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə söhbətində deyib.

İndiki 4 günlük atəşkəsdən sonra HƏMAS-ın əlində 190 girovun qaldığınızı nəzərə alsaq, o zaman 19 günlük atəşkəsdən danışmaq olar, - deyə nəşrin məqaləsində qeyd olunub.