Keçmiş Gəncə məhbusu Yavər İsmayılzadənin məhkəmə prosesi başa çatıb. “Məlumat” İnformasiya Agentliyinin verdiyi xəbərə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə onun ittiham edildiyi maddəyə dəyişiklik edilib. Beləki, CM-nin 234.4.3 maddəsi ilə ittiham olunan Yavər İsmayılzadənin istintaq və məhkəmə araşdırmasında bu ittiham sübut olunmadığı üçün 234.4.3 maddəsi 234.1-1-ə tövsif olunub. Məhkəmə bu maddə ilə ona 3 il müddətinə həbs cəzası haqqında hökm çıxarılıb. 2 il 6 ay isə ilk həbsindən qalan cəza müddəti də əlavə edilib. Beləliklə, 21 noyabr tarixində keçirilən son məhkəmə prosesində Yavər İsmayılzadə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Yavər İsmayılzadə ölkədə kütləvi inanclıların şərlənərək həbs edilməsi çərçivəsində saxlanılan mindən artıq inanclıdan biridir. İnanclılar 2023-cü il İran-Azərbaycan arasında yaranan gərginlikdən sonra kütləvi həbslərə məruz qaldılar.
Qeyd edək ki, Yavər İsmayılzadə 2018-ci ilin 3 iyul tarixində Yunis Səfərovun Gəncənin o vaxtkı icra başçısı Elmar Vəliyevi cəzalandırmasından sonra həbs edilən yüzə yaxın vətəndaşdan biridir. O, ilk həbsində 9 il müddətinə azadlıqdan məhrum edilsə də, apelyyasiya məhkəməsində cəza müddəti 5 ilə endirilmişdi.
2022-ci il mayın 27-də İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayaraq Yavər İsmayılzadə ilə yanaşı 19 Gəncə məhbusu bu sərəncamla azadlığa çıxmışdı.
Keçmiş Gəncə məhbusu Yavər İsmayılzadəyə hökm oxundu