Mərakeşdə Qəzzaya dəstək nümayişləri keçirilib

Mərakeşin Tangier və Kasablanka şəhərlərində Qəzzəyə dəstək və sionist rejimlə normallaşma əleyhinə nümayişlər təşkil edilib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Tangierdə qeyri-hökumət təşkilatlarının çağırışı ilə on minlərlə insan Qəzzaya dəstək olmaq üçün toplaşıb.

Aksiya iştirakçıları Mərakeş və sionist rejim arasında normallaşma prosesinə son qoyulmasını tələb ediblər.

Nümayişçilər fələstinli qadın əsirlərin azad edilməsinə töhfə verən “müqavimət qüvvələri”ni yüksək qiymətləndirib və sionist rejimin Rabatdakı diplomatik nümayəndəliyi olan “Əlaqə bürosunun” bağlanmasını istəyiblər.

Əllərində Mərakeş və Fələstin bayraqları, həmçinin sionist rejimin hücumlarında həyatını itirmiş Əl-Əqsa məscidi və qəzzalıların fotoşəkilləri olan nümayişçilər normallaşma əleyhinə şüarlar səsləndiriblər.

On minlərlə insan Qəzzaya dəstək və sionist rejimlə normallaşmaya son qoymaq üçün Kasablanka şəhərində toplaşıb.

Nümayişdə “Xalq sionist rejimlə normallaşmanı istəmir” və “Xalq Fələstinin azad edilməsini istəyir” şüarları səsləndirilib.