25 November 2023

Kiyevə hava hücumu olub

Rusiya silahlı qüvvələri noyabrın 25-nə keçən gecə və səhər saatlarında Kiyevə hava hücumu edib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, yerli vaxtla səhər 05:30 radələrindən başlayaraq Kiyevdə partlayış səsləri eşidilib. Paytaxtda hava hücumundan müdafiə sistemi aktiv şəkildə işə düşüb.

"Qarabağ" "Sabah"ı məğlub etdi

Ötən mövsümün iki ən yaxşısı turun mərkəzi görüşündə üz-üzə gəlib. Son çempion “Qarabağ” vitse-çempion “Sabah”ın qonağı olub. Qarşılaşma "atlılar"ın 2-1 hesablı qələbəsiylə başa çatıb. Ev sahibi komandanın heyətində Emmanuel Apeh 32-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, tura noyabrın 26-da yekun vurulacaq.

Kuba xalqı Fələstinə dəstək yürüşü keçirdi: Yürüşdə prezident Canel də iştirak etdi

Kubanın paytaxtı Havananın La Piraqua bölgəsində toplaşan yüzlərlə insan İsrailin Qəzzaya hücumlarına reaksiya verib.

Prezident Migel Diaz-Kanelin müşayiəti ilə qrup Fələstin bayraqları daşıyaraq İsrailin hücumlarının dayandırılmasını tələb edib. Yürüşü Gənc Kommunist Birliyi, universitetlər, siyasi partiya nümayəndələri və vətəndaşlar dəstəkləyib.

‘Tərtər işi’ üzrə zərərçəkmiş Validə Əhmədova: ‘Oğlumu hədələyiblər ki, anan prezidentin əleyhinə danışır...’

Tərtərdə yüzlərlə hərbçiyə qarşı işgəncələrdən zərərçəkənlərin bir qrupu noyabrın 22-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirmişdi.

Onlar bu hadisədə rolu olan yüksək vəzifəli şəxslərin cəzalandırılmasını, işgəncə nəticəsində ölən hərbçilərə “şəhid” statusunun verilməsini tələb edirdilər.

Vəkillər "Abzas Media"nın əməkdaşlarının görüşə və telefon danışığına qadağa qoyulduğunu bildirirlər

Vəkil Zibeydə Sadıqova və Aqil Layiq "Abzas Media"nın əməkdaşlarının telefon danışığına və ailəsi ilə görüşünə qadağa qoyulduğunu bildirirlər.

Vəkil Aqil Layıcın məlumatına görə "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı dostlarına salam göndərib. "İstintaq qanunsuz olaraq onun ailə üzvləri ilə görüşünə və telefon danışığına qadağa qoyub", deyə vəkil bildirib.