Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanda həbs edilən Qarabağ liderlərinin dəyişdirilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.
"Təəssüf ki, sırf bu humanitar məsələ siyasiləşdirilir. Biz hərbi əsirlərimizin geri qaytarılması üçün bu məsələdə mümkün qədər çevik olmağa hazırıq. Biz Ermənistanda məhkum olunmuş azərbaycanlıları öz hərbi əsirlərimizlə dəyişməyə hazırıq”.
O həmçinin bildirib ki, danışıqlardan əlavə, vəziyyətin həlli üçün beynəlxalq hüquq müdafiə təşkilatları ilə iş aparılır.
Meydan TV
"Ermənistan oradakı azərbaycanlı əsirləri erməni hərbi əsirlərlə dəyişməyə hazırdır”.