SOCAR-ın Ukraynadaki fırıldaqlarının üstü açıldı

Ukraynada korrupsiya araşdırmaları ilə məşğul olan mətbuat SOCAR-ın fırıldaqlarının üstünü açıb.
Bu barədə yayılmış materialda Azərbaycan şirkətinin Ukraynada yol verdiyi maxinasiyalar haqqında ətraflı məlumatlar dərc edilib.
SOCAR qrupunun Ukraynada fəaliyyət göstərən 53 şirkəti Rusiya ilə bağlıdır. Ukrayna büdcəsinin oğurlanması sxemlərini təsdiqləyən sənədlər əldə edilib. SOCAR-a məxsus müəssisələrin rəhbərliyi qiymətləri şişirdir, vergidən yayınır, saxta ƏDV qaytarır.
O cümlədən, “SOCAR Ukraine Ticarət Evi” MMC xaricə aldığından çox taxıl satıb. Bu, şirkətə 500 milyon qrivnadan çox məbləğdə ƏDV-ni qeyri-qanuni şəkildə qaytarmağa imkan verib.
 
Azadlıq Qəzeti