01 May 2023

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşının məhkəməsi başlayıb

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi olmuş Zərifə Abbasovanın cinayət işi üzrə hazırlıq iclası başlayıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra prokuror Orxan Səmədov işin məhkəmə baxışına verilməsini təklif edib.

Bəqi İmamlarının ziyarətgahlarının tikintisi üçün universitet professorunun mühəndislik planı

İraqın Vasit Universitetinin rektoru Cənnətul-Bəqidə imamlar üçün məqbərə tikinti mühəndis planı hazırlayıb. İraqın Vasit Universitetinin rektoru Dr. Məzən əl-Hüseyni bazar günü Bəqidə İmamların məqbərələrinin yerləşdiyi müqəddəs hərəmin tikintisi üçün İslam memarlığından ilham alan mühəndislik planını açıqlayıb.

Əmir Abdullahiyan: Fars körfəzi İran və region kimliyinin bir hissəsidir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bazar günü Fars körfəzi günü münasibəti ilə tvitter hesabında yazıb: Fars körfəzi İran və regionun kimliyinin danılmaz bir parçası, ətraf region üçün təbii ehtiyatlar və maraqlarla dolu bir parçadır.

İranın xarici işlər naziri sözlərini belə davam etdirib: “Fars körfəzinin faydalarından maksimum istifadə etmək bu su ərazisi ətrafındakı ölkələrin kollektiv iştirakı və əməkdaşlığı, yaxınlaşma və regionun təhlükəsizliyindən asılıdır. "

Suriya, Səudiyyə Ərəbistanı, İordaniya, Misir və İraq xarici işlər nazirlərinin görüşü başlayır

Suriya, Səudiyyə Ərəbistanı, İordaniya, Misir və İraqın xarici işlər nazirləri son görüş və təmaslarda gündəmə gələn bəzi məsələlərin təqibi üçün İordaniyanın paytaxtı Əmmanda işlərinə başlayırlar. Bu barədə İordaniya Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.

Əlcəzairdən İsrail əleyhinə növbəti addım

Əlcəzair Assambleyası işğalçı İsrailin Beynəlxalq Parlamentlərarası İttifaqın “Terrorizm və zorakı ekstremizmlə mübarizə üzrə Yüksək Səviyyəli Məsləhət Qrupu”na üzv qəbul edilməsi ilə əlaqədar bu komissiyanın sədrliyindən geri çəkildiyini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Parlamentdən verilən açıqlamada bu ifadələr yer alıb: 

İraqın keçmiş Baş naziri barəsində istintaq başladıldı

İraqın baş prokuroru, keçmiş baş nazir Mustafa Əl-Kazimi haqqında Həşd əl-Şaabi hərəkatının sədr müavini Əbu Mehdi əl-Mühəndis və İran İnqilab Keşikçiləri Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin ABŞ-ın təşkil etdiyi sui-qəsd nəticəsində şəhid olmasına səhlənkarlıq göstərdiyi üçün istintaqa başlayıb.

İŞİD terrorçularının başçısı məhv edildi

Türkiyə Suriyadakı keçirdiyi əməliyyat zamanı İŞİD terror təşkilatının başçısı Əbu əl-Qureyşini məhv edib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Qeyd edilib ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MKT) uzun müddət ərzində adıçəkilən terrorçunu müşahidə altında saxlayıb.

Tərtərdə 3 kəndi su basıb

Ötən gün respublikanın bəzi ərazilərinə güclü yağış yağması və dolu düşməsi bir sıra fəsadlara səbəb olub.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Tərtər rayonunun Ağkənd, Dəmirçilər və Həsənqaya kəndlərinə yağan intensiv yağışlar səbəbindən fərdi evlərin və həyətyanı sahələrin, kənd yollarının subasmaya məruz qalması barədə məlumat daxil olub.

Özbəkistan prezidentlik müddətinin uzadılmasına ilə bağlı konstitusiya dəyişikliklərinə səs verir

Keçmiş Sovet İttifaqının əhali sayına görə ən böyük Mərkəzi Asiya respublikası Özbəkistanda seçicilər bazar günü insan hüquqları sahəsində islahatlar vəd edən, lakin ölkə prezidentinə 2040-cı ilə qədər vəzifədə qalmağa imkan yaradan konstitusiya düzəlişlərinə dair referendumda səs veriblər.

Dəyişikliklərin təsdiq ediləcəyi gözlənilir. Dəyişikliklərin lehinə olanlar yerli ulduzların iştirakı ilə bir sıra təşfiqat tədbirləri keçiriblər. Özbəkistandakı seçkilər bir qayda olaraq rəqabətsiz mühitdə keçirilir.

AŞPA Avropa Məhkəməsi qərarlarının icrasının gecikdirilməsindən narahatlıq ifadə edib

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası AŞPA-nın yaz sessiyasında əsas müzakirə mövzularından olub. AŞPA qərarlarının icrasının gecikdirilməsi ilə bağlı narahatlığını ifadə edib.