Özbəkistan prezidentlik müddətinin uzadılmasına ilə bağlı konstitusiya dəyişikliklərinə səs verir

Keçmiş Sovet İttifaqının əhali sayına görə ən böyük Mərkəzi Asiya respublikası Özbəkistanda seçicilər bazar günü insan hüquqları sahəsində islahatlar vəd edən, lakin ölkə prezidentinə 2040-cı ilə qədər vəzifədə qalmağa imkan yaradan konstitusiya düzəlişlərinə dair referendumda səs veriblər.

Dəyişikliklərin təsdiq ediləcəyi gözlənilir. Dəyişikliklərin lehinə olanlar yerli ulduzların iştirakı ilə bir sıra təşfiqat tədbirləri keçiriblər. Özbəkistandakı seçkilər bir qayda olaraq rəqabətsiz mühitdə keçirilir.

Təklif olunan dəyişikliklərə mövcud iki müddətlik məhdudiyyətin saxlanılması şərti ilə prezidentlik müddətinin 5 ildən 7 ilə qədər uzadılması daxildir. Lakin prezident Şavkat Mirziyoyev hal-hazırda vəzifəsinin ikinci müddətində olmasına baxmayaraq, konstitusiyada dəyişiklik ona hazırkı səlahiyyət müddəti 2026-cı ildə başa çatdıqdan sonra daha iki dəfə namizədliyini irəli sürməyə imkan verəcək.

Digər dəyişikliklərə ölüm cəzasının ləğvi və vətəndaşların, o cümlədən cinayətlərdə ittiham olunanların hüquqi müdafiəsinin gücləndirilməsi daxildir.

Mirziyoyevin sələfi İslam Kərimovun dövründə Özbəkistan regionun ən repressiv ölkələrindən biri idi. 2016-cı ildə Kərimovun ölümündən sonra vəzifəyə keçən Mirziyoyev konstitusiya dəyişikliklərinin məqsədinin Özbəkistanın azadlıqları və insan haqlarını prioritetləşdirilməsi olduğunu deyir.

Referendum ilkin olaraq keçən il üçün nəzərdə tutulsa da, Qaraqalpaqıstan bölgəsindəki ölümcül iğtişaşlar sonra təxirə salındı. Həmin zaman təklif olunan konstitusiya dəyişikliklərinə Qaraqalpaqstanın ayrılıb-qalmamaq barədə səsvermə hüququnun ləğvi də daxil idi.

Ayrılma ehtimalı çox az olsa da, bu təklif Özbəkistan ərazisinin üçdə birini təşkil edən, lakin ölkənin 36 milyon əhalisinin cəmi 5%-ni təşkil edən yoxsul və ekoloji problemləri mövcud olan respublikanın sakinlərini qəzəbləndirdi. Nəticədə Qaraqalpaqıstan paytaxtı Nukusda kütləvi iğtişaşlar baş verdi və polislə toqquşmalarda ən azı 18 nəfər öldü.

Bazar günü səsə qoyulan yeni dəyişikliklər paketi Qaraqalpaqstanın ayrılma hüququnu özündə saxlayır.

 

Amerikanın Səsi