16 November 2022

Dünya çempionatının favoritləri bəlli olub

Böyük Britaniyanın Opta statistika şirkəti bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının favoritlərini açıqlayıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, süni intellektlə əsaslanan araşdırmada Braziliya millisi bütün rəqiblərini qabaqlayıb. "Sambaçılar"ın dünya çempionu olmaq şansları 15,8 faiz qiymətləndirilir.

İkinci pillədə Argentina yığması (12,6 faiz) qərarlaşıb. İlk üçlüyü 12,2 faizlə Fransa tamamlayır.

Azərbaycandan Fransaya etiraz notası

Noyabrın 16-da Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili JüLyen Lö Lan Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq, noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı XİN-in etiraz notası təqdim edilib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

Suriyanın cənubunda İŞİD-in böyük silah yükü ələ keçirilib

Suriyanın cənubunda Dəra şəhərində İŞİD-ə bağlı olan qruplaşmaya qarşı əməliyyat başa çatıb. Həmçinin burada terror təşkilatına aid böyük silah yükü ələ keçirilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Dəra şəhərinin “Tariq əl-Sədd” rayonunda İŞİD terror təşkilatının böyük silah yükü ələ keçirilib və nümayiş etdirilib.

İranın Xuzistan əyalətində terror aktı baş verib

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Xuzistan əyalətinin mətbuatının verdiyi xəbərə görə İranın Xuzistan əyalətinin İze şəhərində terror hadisəsi baş verib. Belə ki, şəhərin mərkəzi bazarına daxil olan terrorçu dəstənin insanlara və bəsic qüvvələrinə atəş açması nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Ömər Cavadov Türkiyənin paytaxtı Ankarada olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə gümüş medal qazanıb.

Operativtv.com Report-a verilən məlumata görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırmada 138 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.

İsrailli milyarderin neft tankeri Oman dənizində PUA hücumuna məruz qalıb

 İsrailli milyarderin şirkətinə bağlı neft tankeri ötən gün Oman dənizində PUA hücumuna məruz qalıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə regionda hərbi mənbələr "Associated Press"ə məlumat veriblər.

Bildirilib ki, hücum ötən gün Oman dənizi sahillərinə yaxın sularda baş verib.

ADB Ələt-Naxçıvan dəmir yolu dəhlizinin diaqnostikası üçün texniki yardım göstərib

Asiya İnkişaf Bankı (ADB) Ələt və Naxçıvan arasında dəmir yolu dəhlizinin inkişaf etdirilməsi məqsədilə diaqnostika araşdırmasının tamamlanması üçün 225 000 ABŞ dolları məbləğində texniki yardım göstərib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, texniki yardım ölkənin 2021-2023-cü illər üçün əməliyyatlar üzrə biznes planında qeyd olunduğu kimi, Azərbaycanın logistika və ticarət mərkəzi kimi potensialının artırılmasına dəstək göstərilməsinin əsas istiqamətinə uyğunlaşdırılıb.

General İsmayıl Qaani Bağdada gedib

İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı briqada generalı İsmayıl Qaani İraqın siyasi rəsmiləri ilə görüşmək üçün Bağdada gedib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İraqdan məlumatlı mənbə İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı briqada generalı İsmayıl Qaaninin Bağdada səfər etdiyini açıqlayıb.

Putin müsəlmanlara qarşı hər hansı qarayaxmanı qadağan edib

Rusiya prezidentinin sərəncamına əsasən, bu ölkədə müsəlmanlara qarşı qarayaxmalar qadağan edilib. Bununla bağlı qanun pozuntusu həbslə cəzalandırılacaq.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin rəsmi mətbuatda müsəlmanlara qarşı hər hansı qarayaxmanı qadağan edib.

O vurğulayıb ki, Amerikadakı kimi filmlərdə və seriallarda müsəlmanları terrorçu kimi göstərməməliyik.

DTX Beyləqanda əməliyyat keçirib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Beyləqanda əməliyyat keçirib.

Operativtv.com Bakupost-a istinadən xəbər verir ki, əməliyyat İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Beyləqan Ərazi İdarəsində keçirilib.

Əməliyyat nəticəsində İdarənin arxiv şöbəsinin müdiri Dəyanət Atakişiyev saxlanılıb.

Adnan Oktara 891 il həbs cəzası verildi

Türkiyədə “Adnan hoca” kimi tanınan Adnan Oktara 891 il həbs cəzası verilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə İstanbul Regional Ədliyyə Məhkəməsi qərar verib.  Belə ki, məhkəmə Adnan Oktarı şəxsi cinayətlərinə görə 891 il həbs cəzasına məhkum edib. Təşkilatın lideri olduğu üçün üzvlərin törətdiyi cinayətlərdən də məsuliyyət daşıyan Adnan Oktarın qərarı oxunduqdan sonra dəqiqləşəcək.

Bakı hava limanındakı “Fatimeyi-Zəhra” məscidi -VİDEO

Doğma Azərbaycanımızın dünyaya açılan qapısında, Beynəlxalq Hava Limanının yaxınlığında yerləşən “Fatimeyi-Zəhra” (s.ə.) məscidi... Məscidin inşası fikri yerli dindarlar tərəfindən irəli sürülür. Buna səbəb isə əraziyə xarici vətəndaşların səfəri ilə bərabər, hava limanında işləyən inanclıların rahat ibadət etmək üçün çətinlik çəkmələri olur. Onlar məscid tikintisi üçün o zamankı hava limanının rəhbərliyinə müraciət edirlər.

İran tezliklə neft hasilatını gündəlik 4 mln barrelədək artıracaq

2023-cü il 21 martadək İranda neft hasilatının gücü artaraq gündəlik 4 milyon barrelə çatacaq.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbrə verir ki, bu barədə İranın Milli Cənubi Neft Şirkətinin baş direktoru Əlirza Daneşi məlumat verib.

Onun sözlərinə görə, gündəlik hasilatdakı artım 200 min barrel təşkil edəcək.

İran XİN rəhbəri Ceyhun Bayramovu “3+3” platformasının Tehranda keçiriləcək toplantısına dəvət edib

 İran XİN rəhbəri Hüseyn Əmir Abdullahiyan azərbaycanlı həmkarı Ceyhun Bayramovu Tehranda keçirilməsi planlaşdırılan “3+3” platformasının iclasına dəvət edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Abdullahiyan bunu Ceyhun Bayramovla telefon danışığında olan zaman deyib.

Erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdamda mövqelərini atəşə tutub

Noyabrın 15-i saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Operativtv.com bu barədə APA-ya istinadən Müdafiə Nazirliyindən bildirilib.

"Tərtər işi" üzrə icraat yeniləndikdən sonra tutulanların həbs müddəti uzadılıb

"Tərtər işi" ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş altı nəfər- Niftəliyev Rəşid Ağaşərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov İntiqam Şərif oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Qarabağ qazisi Səbuhi Səlimovun məhkəməsi davam edəcək

Bakı Ağır Cinayətlər məhkəməsində ictimai fəal Səbuhi Səlimovun məhkəməsi davam edəcək. 17 noyarbrın saat 11:30-a təyin edilən məhkəmədə şahidlərin iştirak edəcəyi gözlənilir. 

Qeyd edək ki, Qarabağ qazisi, Səbuhi Səlimov 2021-ci il oktyabrın 20-də DTX tərəfindən saxlanılıb və haqqında cinayət məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət) cinayət işi başlanıb.

Fransada polisin öldürdüyü əlcəzairli Zineb Reduanla bağlı petisiya başladılıb

Fransada 80 yaşlı Zineb Reduanın polis tərəfindən qətlə yetirilməsi ilə bağlı qalmaqal davam edir.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Əlcəzairdən Fransaya köçmüş Reduan 2018-ci ildə Marsel şəhərində polis tərəfindən gözyaşadırıcı qumbara ilə atəşə tutularaq həlak olmuşdu.

Lapid: Əbu-Aqilənin qətli ilə bağlı heç bir hərbçi istintaqa cəlb edilməyəcək!

İsrail tanınmış jurnalist Şirin Əbu-Aqilənin qətli ilə bağlı Amerikanın başlatdığı cinayət işini tənqid edib və heç bir hərbçisinin burada istintaqa cəlb edilməsinə icazə verməyəcəyini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Yair Lapid deyib.