DTX Beyləqanda əməliyyat keçirib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Beyləqanda əməliyyat keçirib.

Operativtv.com Bakupost-a istinadən xəbər verir ki, əməliyyat İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Beyləqan Ərazi İdarəsində keçirilib.

Əməliyyat nəticəsində İdarənin arxiv şöbəsinin müdiri Dəyanət Atakişiyev saxlanılıb.