Suriyanın cənubunda İŞİD-in böyük silah yükü ələ keçirilib

Suriyanın cənubunda Dəra şəhərində İŞİD-ə bağlı olan qruplaşmaya qarşı əməliyyat başa çatıb. Həmçinin burada terror təşkilatına aid böyük silah yükü ələ keçirilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Dəra şəhərinin “Tariq əl-Sədd” rayonunda İŞİD terror təşkilatının böyük silah yükü ələ keçirilib və nümayiş etdirilib.

Həmçinin əlavə edilib ki, rayonda İŞİD-ə bağlı qruplaşmaya qarşı əməliyyat başa çatıb.

Hökumətə bağlı yerli qüvvələr rayonu İŞİD üzvlərindən təmizləyiblər.

İki həftədir Dəra şəhərinin cənubu bu əməliyyatın şahididir.