Taliban Əfqanıstanın qərbində beş İŞİD üzvünü zərərsizləşdirib

 Əfqanıstanın Hərat əyalətində İŞİD-in Əfqanıstan qanadı “Xorasan Vilayəti”nin beş üzvü məhv edilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Taliban hökumətinin hərbi mənbələri məlumat veriblər.

Bildirilib ki, Hərat əyalətinin Hacı-Abbas rayonunda İŞİD üzvləri ilə silahlı qarşıdurma baş verib və nəticədə beş terrorçu məhv edilib.

Qeyd edək ki, Taliban ötən həftənin bazar günü də oxşar elan vermiş, Kabilin Xeyrxana məntəqəsində beş İŞİD üzvünün zərərsizləşdirildiyini açıqlamışdı.

Talibanın sözcüsü Zəbihullah Mücahid ölkədə İŞİD üzvlərinə qarşı mübarizənin aparıldığını bildirərək, Əfqanıstanın terror mənbəyi olması ilə bağlı xəbərləri tənqid etmişdi.