İsrailli milyarderin neft tankeri Oman dənizində PUA hücumuna məruz qalıb

 İsrailli milyarderin şirkətinə bağlı neft tankeri ötən gün Oman dənizində PUA hücumuna məruz qalıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə regionda hərbi mənbələr "Associated Press"ə məlumat veriblər.

Bildirilib ki, hücum ötən gün Oman dənizi sahillərinə yaxın sularda baş verib.

Əlavə edilib ki, neft tankeri israilli milyarderin, mərkəzi Sinqapurda yerləşən şirkətinə bağlı olub və Liberiya bayrağı altında üzürmüş.

Britaniya və ABŞ hərbi mənbələri hücumla bağlı məlumatlı olduqlarını və araşdırmaların davam etdiyini deyiblər. Tankerə hücumun maddi və canlı xəsarətləri barədə məlumat verilmir.

Qeyd edək ki, İsrailə məxsus “Zodiac Maritime” şirkətinin tankerinə ötən il edilən oxşar hücumda iki nəfər ölmüşdü. Qərb mənbələri həmin hücumun arxasında İranın durduğunu bildirsə də İran bu iddiaları təkzib etmişdi.