ABŞ-ın Avropa Komandanlığının direktoru Ermənistana gəlib

ABŞ-ın Avropa Komandanlığının strategiya, planlaşdırma və siyasət məsələləri üzrə direktoru general-mayor Daniel Lasika Ermənistana ikigünlük səfərə gəlib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın İrəvandakı səfirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, o, İrəvanda Ermənistanın müdafiə naziri Suren Papikyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşlər keçirəcək.

Görüşlərdə təhlükəsizlik sahəsində ABŞ-Ermənistan münasibətləri və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.