G20 sammitinin yekun bəyannaməsi qəbul olundu

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, bəyannamədə Türkiyə və BMT-nin vasitəçiliyi ilə imzalanan razılaşmanın vacibliyi vurğulanaraq müqavilənin davamlı şəkildə həyata keçirilməsinin tərəflər üçün vacib olduğu vurğulanıb.

G-20 Liderlər sammitinin yekun bəyannaməsində qlobal ərzaq böhranının həlli üçün Türkiyənin koordinasiyası ilə həyata keçirilən və iyulun 22-də İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında Ukrayna, Rusiya, Türkiyə və Birləşmiş Millətlər Təşkilatı arasında imzalanan taxıl sazişi ilə bağlı deyilir:

“Türkiyə və BMT-nin vasitəçiliyi ilə imzalanmış İstanbul razılaşmasından məmnunuq. Müvafiq tərəflərin sazişi tam, vaxtında və davamlı şəkildə həyata keçirməsi vacibdir”.

İndoneziyada keçirilən G-20 Liderlər sammitinin yekun bəyannaməsi qəbul olunub.

Bəyannamədə Türkiyə və BMT-nin vasitəçiliyi ilə imzalanan razılaşmanın vacibliyi vurğulanaraq müqavilənin davamlı şəkildə həyata keçirilməsinin tərəflər üçün vacib olduğu qeyd olunub.
Bəyannamədə həmçinin deyilir: ”Münaqişələrin sülh yolu ilə həll edilməsi həyati əhəmiyyət kəsb edir. İndiki dövr müharibə dövrü olmamalıdır”.