Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Ömər Cavadov Türkiyənin paytaxtı Ankarada olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə gümüş medal qazanıb.

Operativtv.com Report-a verilən məlumata görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırmada 138 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.

O, təkanla qaldırmada 155 kq-ın öhdəsindən gələrək bu hərəkətdə 6-cı, toplam 293 kq (138+155) nəticə ilə yekun sıralamada 4-cü yerə layiq görülüb.

Eyni çəkidəki İsa Rüstəmov 285 kq-la (130+155) 6-cı olub.